Modern.az

Məmur olmaq üçün imtahan verənlər barədə maraqlı STATİSTİKA

Məmur olmaq üçün imtahan verənlər barədə maraqlı STATİSTİKA

12 İyul 2018, 13:05

Dövlət İmtahan Mərkəzi (DİM) 2018-ci il iyunun 30-da keçirilən imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş və müxtəlif ali təhsil müəssisələrini bitirmiş şəxslərin nəticələri haqqında növbəti statistik  məlumatları təqdim edib.


DİM-dən Modern.az-a bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1376 namizəddən 1231 nəfər DİM-in (keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının) keçirdiyi qəbul imtahanlarının nəticələrinə əsasən, ali təhsil müəssisələrinə qəbul olub. Bu şəxslərdən  492 (40.0%) nəfər imtahandan uğurla keçib.


Aşağıdakı cədvəldə bu şəxslərin  TQDK-nın (DİM-in) keçirdiyi qəbul imtahanlarında topladıqları bal intervalları, bal intervallarına görə dövlət qulluğuna qəbul üzrə test imtahanından qeydiyyatdan keçənlərin və imtahanlarda uğur qazananların sayı, faiz göstəriciləri verilib. 301-400, 401-500, 501‑600, 601-700 intervalında bal toplayanların müvafiq olaraq 35.4%-i, 50.5%-i, 48.7%-i, 56.3%-i test imtahanından uğurla keçib.
Verilənlərə əsasən, əvvəlki imtahanlarda olduğu kimi bu imtahanda da uğur qazananların faiz göstəricilərinin bal intervallarına mütənasib olaraq artımı müşahidə olunur.

Bal intervalı

Qeydiyyatdan keçib

Test imtahanından uğurla keçib

Faizlə (%)

0-100

11

2

18.2

101-200

71

15

21.1

201-300

255

76

29.8

301-400

342

121

35.4

401-500

311

157

50.5

501-600

193

94

48.7

601-700

48

27

56.3

Yekun:

1231

492

40.0

 

Qeyd etmək lazımdır ki, müxtəlif illərdə ali təhsil müəssisələrinə qəbul zamanı müsabiqə şərtləri fərqli olmuşdur. Daha aşağı nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olan şəxslər əsasən qabiliyyət tələb edən ixtisasların müsabiqəsində iştirak edənlərdir.


İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1376 namizəddən 145 nəfər ali təhsil müəssisələrinə TQDK-nın (DİM-in) əmri ilə qəbul olmayıb. Onlardan yalnız 16 nəfər (11.0%) imtahanda uğur qazanıb. Müvəffəqiyyət əldə edənlərdən 4 nəfər  xaricdə yerləşən təhsil müəssisələrini, 12 nəfər isə ölkənin ali təhsil müəssisələrini bitirib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir