Modern.az

İşə qəbul olmaq istəyən müəllimlərin NƏZƏRİNƏ: Test imtahanları bu tarixdə keçiriləcək

İşə qəbul olmaq istəyən müəllimlərin NƏZƏRİNƏ: Test imtahanları bu tarixdə keçiriləcək

12 İyul 2018, 15:29

“Müəllimlərin işə qəbulu üzrə test imtahanlarının təxminən iyul ayının 16-dan 31-dək keçirilməsi nəzərdə tutulur. Amma avqustun ikinci yarısında artıq bütün prosesin yekunlaşması nəzərdə tutulur. Lakin bu, tam olaraq müəllimlərin işə qəbulu prosesinin yekunlaşması demək deyil”.

 

Modern.az-ın məlumatına görə, bunu Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə deyib.

 

Qurum rəsmisi bildirib ki, müsabiqə yalnız müddətsiz müqavilə ilə işə qəbul üçün həyata keçirilmir:

“Çünki müsabiqə nəticəsində toplanılan bal əsasında heç bir vakansiya ilə təmin edilməyən şəxslərin müddətli əmək müqaviləsi ilə işə qəbulu da həyata keçiriləcək. Ona görə də bütövlükdə bu proseslərin zəncirvari olaraq, növbəti tədris ilində başa çatması ehtimal edilir”.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir