26 sentyabr 2018, Çərşənbə axşamı
Ana Səhifə - GÜNDƏM - Bu gün TÜRKSOY-un 25 yaşı tamam olur
Bu gün TÜRKSOY-un 25 yaşı tamam olur
12.07.2018, 15:44

Bu gün Beynəlxalq Türk Mədəniyyət Təşkilatı – TÜRKSOY-un yarandığı gündür.

Modern.az xəbər verir ki, ötən müddət ərzində TÜRKSOY türkdilli xalqların mədəniyyətinin, ədəbiyyatının təbliği və ortaq dəyərlərinin yaşadılaraq gələcək nəsillərə ötürülməsi naminə onlarla layihəyə imza atıb, olduqca yaddaqalan tədbirlər keçirib və türk dünyasının birliyi naminə mühüm addımlar atıb.

1993-cü il iyulun 12-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistanın mədəniyyət nazirlərinin iştirakı ilə Almatı şəhərində keçirilən toplantıda “Türk Kültür və Sənətləri Ortaq Yönətimi”nin (TÜRKSOY) yaradılması haqqında saziş imzalanıb. Sonrakı illərdə Rusiya Federasiyasının Altay, Başqırdıstan, Tatarıstan, Tıva, Xakas və Saxa-Yakut respublikaları, Moldovanın Qaqauz Yeri muxtar bölgəsi və Şimali Kipr Türk Respublikası təşkilata üzv olub. Qurum 2009-cu ildən Beynəlxalq Türk Mədəniyyət Təşkilatı adlanır.

TÜRKSOY təşkilatı türkdilli xalqların sosial-mədəni oxşarlığının bir araya gətirilməsi, ortaq türk mədəniyyətinin, dilinin, tarixinin, incəsənətinin, adət - ənənələrinin, mədəni irsinin araşdırılması, qorunması, inkişaf etdirilməsi, dünyada tanıdılması və gələcək nəsillərə ötürülməsi məqsədilə qurulub. Mənzil-qərargahı Ankara şəhərində yerləşir. Təşkilatın fəaliyyəti hər il toplantıları keçirilən Mədəniyyət Nazirləri Daimi Şurası tərəfindən müəyyən olunur. Qurumun cari fəaliyyətinə baş katib rəhbərlik edir.

Azərbaycan Respublikasının Rusiyadakı səfiri, keçmiş mədəniyyət naziri, Xalq Artisti, professor Polad Bülbüloğlu 1993-2006-cı illərdə TÜRKSOY-un ilk baş katibi olub. Hazırda TÜRKSOY-a Qazaxıstanın keçmiş mədəniyyət naziri, professor Düsen Kaseinov rəhbərlik edir.

Ötən 25 ildə TÜRKSOY ümumtürk mədəni irsinin təbliği və tanıdılması, türkdilli xalqlar, ölkə və diyarlar arasında mədəniyyət, incəsənət sahəsində əlaqələrin inkişaf etdirilməsi istiqamətində böyük işlər görüb, çoxsaylı layihələr həyata keçirib. Bu layihələrin bir çoxu ənənə halını alaraq hər il davam etdirilir.

TÜRKSOY bir sıra beynəlxalq qurumlarla, o cümlədən 1996-cı ildə birgə müqavilə imzaladığı UNESCO ilə, habelə Türk Əməkdaşlıq Şurası, TürkPA, Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə sıx əməkdaşlıq edir.

Azərbaycan təşkilatın fəaliyyətində yaxından iştirak edir. Qurumun ölkəmizlə çox sıx əməkdaşlıq telləri var. TÜRKSOY ölkəmizlə bağlı çoxsaylı birgə layihələr həyata keçirib. Son dövrdə reallaşan mühüm tədbirlər sırasında 2016-cı ildə Şəki şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsini, 2017-ci ildə TÜRKSOY tərəfindən elan olunan “Molla Pənah Vaqif ili”nin uğurla keçirilməsini, həmçinin ölkəmizin fəal təmsil olunduğu ənənəvi layihələri – TÜRKSOY-un rəssamlar, fotoqraflar, bəstəkarlar və s. görüşlərini qeyd etmək olar. TÜRKSOY tərəfindən Avropa və Amerikada, BMT-nin baş qərargahında təşkil olunan ənənəvi Novruz tədbirlərində Azərbaycan xüsusilə fəal iştirak edir.

Türkdilli ölkələrin teatr festivalı, rəssamların sərgiləri və digər layihələrdə iştirak Azərbaycan mədəniyyətini dünyada təbliğ etməklə yanaşı, türk mədəniyyətinin nümayəndələrinin də ölkəmizdə tanıdılmasına şərait yaradır. 2009-cu ildə dahi Azərbaycan bəstəkarı Ü.Hacıbəylinin “Koroğlu” operası TÜRKSOY-un təşəbbüsü ilə beynəlxalq layihə əsasında səhnələşdirilmişdi. Layihədə Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, həm də Başqırdıstan və Tatarıstan muxtar respublikalarının təmsilçiləri iştirak edirdilər.

2018-ci il TÜRKSOY tərəfindən böyük Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyi şərəfinə “Qara Qarayevin xatirə ili” elan edilib. Xatirə ili çərçivəsində Ankarada və Bursada TÜRKSOY tərəfindən mərasim və konsertlər keçirilib. Bu il, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi TÜRKSOY-da qeyd edilib. Eyni zamanda, TÜRKSOY-un 25 illiyi ilə əlaqədar isə üzv ölkələrdə, o cümlədən Azərbaycanda tədbirlər keçirilir.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Oktyabrda Azərbaycanda sınaq siyahıyaalınması keçiriləcək   
26.09.2018, 10:48

Oktyabrda Azərbaycanda sınaq siyahıyaalınması keçiriləcək  

“Sosial şəbəkələr boşanmaya səbəb olur”
26.09.2018, 10:29

“Sosial şəbəkələr boşanmaya səbəb olur”

Putinin Ermənistana səfər tarixi məlum oldu
26.09.2018, 10:22

Putinin Ermənistana səfər tarixi məlum oldu

Nazir Narkoloji Dispanserə yeni baş həkim təyin etdi - FOTO
26.09.2018, 10:18

Nazir Narkoloji Dispanserə yeni baş həkim təyin etdi - FOTO

700 bal toplayan tələbə: “BANM qızlarda da mühəndisliyə sevgi yarada bilib” - MÜSAHİBƏ
26.09.2018, 10:10

700 bal toplayan tələbə: “BANM qızlarda da mühəndisliyə sevgi yarada bilib” - MÜSAHİBƏ

Ötən gün Azərbaycan yollarında 4 nəfər ölüb
26.09.2018, 10:08

Ötən gün Azərbaycan yollarında 4 nəfər ölüb

İsveçin Azərbaycandakı xanım səfiri Gəncədə olub
26.09.2018, 09:55

İsveçin Azərbaycandakı xanım səfiri Gəncədə olub

“UNEC-in dəyərləri daşıdığı məsuliyyətin sərhədlərini tanıdır”
26.09.2018, 09:50

“UNEC-in dəyərləri daşıdığı məsuliyyətin sərhədlərini tanıdır”

“Azerspace-2” orbitə buraxıldı - VİDEO
26.09.2018, 09:47

“Azerspace-2” orbitə buraxıldı - VİDEO

Xəzər dənizində zəlzələ olub
26.09.2018, 09:40

Xəzər dənizində zəlzələ olub

Cəbhədə şiddətli atışma oldu
26.09.2018, 09:39

Cəbhədə şiddətli atışma oldu

ABŞ Rusiyanın nüvə silahlarına görə qorxuya düşdü – RƏSMİ
26.09.2018, 09:38

ABŞ Rusiyanın nüvə silahlarına görə qorxuya düşdü – RƏSMİ

Azərbaycanda yeni qurum yaradılır - QƏRAR
26.09.2018, 09:37

Azərbaycanda yeni qurum yaradılır - QƏRAR

Dəyəri milyonlarla olan əmlaklar “Azərsu”ya verildi
26.09.2018, 09:33

Dəyəri milyonlarla olan əmlaklar “Azərsu”ya verildi

Putin Bakıya sabah gəlir 
26.09.2018, 09:28

Putin Bakıya sabah gəlir 

Mehriban Əliyeva: “Cümhuriyyət qurucularının xatirəsinə böyük hörmətlə yanaşırıq”
26.09.2018, 08:52

Mehriban Əliyeva:Cümhuriyyət qurucularının xatirəsinə böyük hörmətlə yanaşırıq

Həmsədrlər Azərbaycan və Ermənistan xarici işlər nazirlərini bu gün görüşdürürlər
26.09.2018, 08:32

Həmsədrlər Azərbaycan və Ermənistan xarici işlər nazirlərini bu gün görüşdürürlər

Manat və dolların bugünkü MƏZƏNNƏSİ
26.09.2018, 07:54

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

Almaniya gərginliyin artmasından narahatdır
26.09.2018, 00:56

Almaniya gərginliyin artmasından narahatdır

Bərdədə maneəyə çırpılan avtomobilin sürücüsü öldü
26.09.2018, 00:43

Bərdədə maneəyə çırpılan avtomobilin sürücüsü öldü

Azərbaycanla İsveçrənin turizm sahəsində əməkdaşlıq imkanları
26.09.2018, 00:27

Azərbaycanla İsveçrənin turizm sahəsində əməkdaşlıq imkanları

Tramp 2 ildə ABŞ-a 10 trilyon dollar qazandırıb
26.09.2018, 00:15

Tramp 2 ildə ABŞ-a 10 trilyon dollar qazandırıb

Azərbaycan nefti bahalaşıb
25.09.2018, 23:56

Azərbaycan nefti bahalaşıb

Abramoviç “Çelsi”nı satır
25.09.2018, 23:42

Abramoviç “Çelsi”nı satır

Nəsib Nəbioğlunun kitabının təqdimatı keçiriləcək
25.09.2018, 23:33

Nəsib Nəbioğlunun kitabının təqdimatı keçiriləcək

Leyla Əliyeva Romada “Azərbaycan otağı”nın açılışında iştirak edib - FOTOLAR
25.09.2018, 23:18

Leyla Əliyeva Romada “Azərbaycan otağı”nın açılışında iştirak edib - FOTOLAR

Prezidentin xanımına qarşı da sanksiya tətbiq edildi
25.09.2018, 23:01

Prezidentin xanımına qarşı da sanksiya tətbiq edildi

İnsan dərisinə bənzər həsas elektron dəri yaradıldı
25.09.2018, 22:44

İnsan dərisinə bənzər həsas elektron dəri yaradıldı

Oqtay Şirəliyevin qızı Rusiyada nazir təyin edildi - DOSYE + FOTOLAR   
25.09.2018, 22:34

Oqtay Şirəliyevin qızı Rusiyada nazir təyin edildi - DOSYE + FOTOLAR  

Bir şəklin tarixçəsi - İki məşhur sənətkar - Vəfalı günlər, Vəfasız həyat...
25.09.2018, 22:30

Bir şəklin tarixçəsi - İki məşhur sənətkar - Vəfalı günlər, Vəfasız həyat...

Azərbaycan “Tufan” zirehli maşınını sərgidə nümayiş etdirib - FOTO
25.09.2018, 22:23

Azərbaycan “Tufan” zirehli maşınını sərgidə nümayiş etdirib - FOTO

Ermənistanın XİN rəhbəri Minsk qrupunun həmsədrləri ilə görüşüb
25.09.2018, 22:14

Ermənistanın XİN rəhbəri Minsk qrupunun həmsədrləri ilə görüşüb

Apple "macOS Mojave"ni istifadəçilərə təqdim edib
25.09.2018, 21:59

Apple "macOS Mojave"ni istifadəçilərə təqdim edib

Rusiyanın 12 şirkətinə qarşı sanksiya tətbiq edildi
25.09.2018, 21:43

Rusiyanın 12 şirkətinə qarşı sanksiya tətbiq edildi

Ərdoğanın ifadəsi tvitter trendləri siyasında ilk sırada - FOTO
25.09.2018, 21:25

Ərdoğanın ifadəsi tvitter trendləri siyasında ilk sırada - FOTO

Rusiyada hipersəsli snayper güllələri istehsal olunur
25.09.2018, 21:11

Rusiyada hipersəsli snayper güllələri istehsal olunur

Azərbaycan Monqolustanda investisiya imkanlarını nəzərdən keçirəcək
25.09.2018, 20:55

Azərbaycan Monqolustanda investisiya imkanlarını nəzərdən keçirəcək

“Ermənistanın işğalçılıq siyasəti regional təhlükəsizliyə ciddi maneədir”- Sahibə Qafarova
25.09.2018, 20:43

“Ermənistanın işğalçılıq siyasəti regional təhlükəsizliyə ciddi maneədir”- Sahibə Qafarova

Azərbaycanlı əsgərlərə gürcü dili öyrədilir
25.09.2018, 20:30

Azərbaycanlı əsgərlərə gürcü dili öyrədilir

Elmar Məmmədyarov ABŞ Dövlət Katibinin köməkçisi ilə görüşdü
25.09.2018, 20:16

Elmar Məmmədyarov ABŞ Dövlət Katibinin köməkçisi ilə görüşdü

Nazirlər cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığı müzakirə etdi
25.09.2018, 20:03

Nazirlər cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığı müzakirə etdi

“Maşın” şou yenidən başlayır - Vaxt açıqlandı
25.09.2018, 19:59

“Maşın” şou yenidən başlayır - Vaxt açıqlandı

“Qarabağ” – “Arsenal” oyununa 20 min bilet satılıb
25.09.2018, 19:34

“Qarabağ” – “Arsenal” oyununa 20 min bilet satılıb

Mərkəzi Bankın rəhbəri istefa VERDİ - FOTO
25.09.2018, 19:25

Mərkəzi Bankın rəhbəri istefa VERDİ - FOTO

Ələt-Astara yolunun pullu olacağı tarix AÇIQLANDI - VİDEO
25.09.2018, 19:16

Ələt-Astara yolunun pullu olacağı tarix AÇIQLANDI - VİDEO

Bakıda məktəblinin ölüm səbəbi açıqlandı
25.09.2018, 19:08

Bakıda məktəblinin ölüm səbəbi açıqlandı

Sabah bu ərazilərdə qaz olmayacaq
25.09.2018, 19:00

Sabah bu ərazilərdə qaz olmayacaq

25.09.2018, 18:50

"Baku Bus"un avtobusu alovlandı: Sürücü sərnişinlərin həyatını belə xilas etdi -VİDEO

Onlar dünya çempionu oldular - Bakıda
25.09.2018, 18:40

Onlar dünya çempionu oldular - Bakıda

Gömrük Komitəsi daxili orqanları yoxlamaq üçün avadanlıq alır
25.09.2018, 18:32

Gömrük Komitəsi daxili orqanları yoxlamaq üçün avadanlıq alır

ARXİV