Modern.az

Rusiya ilə Qərbi düşmən edən 6 SƏBƏB

Rusiya ilə Qərbi düşmən edən 6 SƏBƏB

12 İyul 2018, 15:58

Rusiya və Qərb arasında gərginlik davam edir. İki tərəf arasında gərginlik Brüsseldə yekunlaşmaqda olan NATO sammitinin də əsas mövzularından biri idi.

 

Modern.az ulduzları barışmayan Rusiya və Qərb arasındakı gərginliyin 6 əsas səbəbini təqdim edir. 

 

Kosovada müharibə

1999-cu ildə NATO Yuqoslaviya rəhbərliyinin planlı şəkildə rusların dəstəyi ilə Kosovodan albanları sıxışdırmasına cavab olaraq bu ölkəyə hava zərbələri endirməyə başlayır. Rusiya müttəfiqinin bombalanmasına görə müvəqqəti olaraq NATO ilə əlaqələrini dondurur. 

Kosovo 9 il sonra birtərəfli qaydada müstəqilliyini elan edən zaman Moskva bu qərarı tanımaqdan imtina edir.

 

NATO-nun Şərqə doğru genişlənməsi

Berlin divarının dağılmasından 10 il sonra - 1999-cu ildə Şərq blokunun keçmiş üzvləri – Çexiya, Macarıstan və Polşa NATO-nun üzvü seçilirlər. Rusiyanın xəbərdarlıqlarına baxmayaraq, 2004-cü ildə alyans Litva, Estoniya və Latviyanı da öz sıralarına qəbul edir.

Bunun ardınca, Bolqarıstan, Rumıniya, Slovakiya və Sloveniya da NATO-nun tərkibinə daxil olur.

 

Gürcüstanla münaqişə

2008-ci ilin avqustunda Rusiya Gürcüstanla separatçı Abxaziya və Cənubi Osetiya arasındakı münaqişəyə müdaxilə edir. Bu gün də hər iki üsyançı regionda minlərlə rus hərbçisi var. Gürcüstan bu addımı işğal aktı kimi dəyərləndirir.

 

Ukrayna böhranı

2014-cü ildə Rusiya beynəlxalq normalara əsasən, Ukraynanın ərazi kimi qəbul edilən Krım yarımadasını ilhaq etdi. Bundan başqa, Qərb Moskvanı Ukraynanın şərqində döyüşən qanunsuz birliklərə dəstək verməkdə ittiham edir.

Avropa Birliyi və ABŞ Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməyə başladı. NATO öz növbəsində Moskva ilə əməkdaşlığı dayandırdı və öz qoşunlarını Baltikyanı ölkələrə və Polşaya yolladı.

 

Suriya

Suriyadakı vətəndaş müharibəsi zamanı Əsəd hakimiyyəti Moskvanın dəstəyini alır. Belə ki, 2015-ci ilin oktybarından rus kontingenti rəsmi Dəməşqə silahlı dəstək verir. BMT Təhlükəsizlik Şurasında Suriya ilə bağlı qaldırılan 12 məsələyə Moskva veto qoyub. 2017-ci ilin və 2018-ci ilin aprel ayında Əsəd rejiminin kimyəvi silahdan istifadə etməsinə cavab olaraq Tramp Suriyaya raket zərəbələri endirmək barədə əmr vermişdi.

 

Seçkilərə müdaxilə

Rusiya 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilədə ittiham olunur. Mühafizəkar sağçı Trampın Hillari Klintonu məğlub etməsi çoxlarının fikrincə, Moskvanın əsas niyyəti olub. Lakin Kreml bu ittihamları qəbul etmir.   

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir