Modern.az

İcra başçısı ilə deputat qəza yerinə getdilər - Ağsuda YANĞIN

İcra başçısı ilə deputat qəza yerinə getdilər - Ağsuda YANĞIN

12 İyul 2018, 17:10

“Ağsu rayonu Bico kəndi ərazisində quru otlaq sahələri yanır. Rayon ərazisində olan FHN-nin bütün yanğınsöndürən maşınları hadisə yerinə cəlb edilib”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Ağsu rayonundan seçilən deputatı Tahir Kərimli deyib.

Deputat bildirib ki, bir qədər əvvəl Ağsu rayonun Suraxanı kəndində icra başçısı Ənvər Seyidəliyev ilə birlikdə vətəndaşların qəbulunu keçirirdilər:

“Hadisəni eşidən kimi, icra başçısı aidiyyati qurumlara göstərişlərini verdi. Hazırda icra başçısı ilə birlikdə hadisə yerinə gedirik”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir