"Azərenerji” ASC-yə məxsus 500 kVt-luq Abşeron yüksək gərginlikli hava elektrik verilişi xətlərinin Ağsu rayonu Bico kəndi ərazisində yanğın baş verib və nəticədə Bakı şəhəri, Abşeron yarımadası və regionlarda elektrik enerjisi təchizatında 27% həcmində məhdudiyyət tətbiq olunub.
Bu barədə Modern.az-a"Azərışıq"ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Musyafayev məlumat bildirib.
O bildirib ki, ”Azərişiq” ASC öz şəbəkələri vasitəsilə I kateqoriyalı obyektlərin–Bakı Metrosu,H.Əliyev adına Hava limanı, Su-kanalizasiya, Xəstəxanalar, Dövlət əhəmiyyətli obyektlərin Elektrik Enerjisi təchizatında məhdudiyyətlər tətbiq etməyib. Hazırda həmin obyektlər elektrik enerjisi ilə tam təmin olunurlar".
Qurum rəsmisi bildirib ki, yaranmış narahatlığa görə ”Azərişiq” ASC İstehlakçılarından üzr istəyir.