Modern.az

Bakının bu hissəsində hərəkət məhdudlaşdırılır

Bakının bu hissəsində hərəkət məhdudlaşdırılır

12 İyul 2018, 19:10

Avtonəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək məqsədilə Ziya Bünyadov prospektinin Asif Məhərrəmov və Ceyhun Səlimov küçələrinin kəsişməsində yerləşən yol ötürücüsündən 20 Yanvar dairəsinə doğru olan hissəsində iyulun 13-dən 14-dək təmir işləri aparılacaq.

Bu barədə Modern.az-a  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib.

Bununla əlaqədar olaraq, sözügedən hissədə nəqliyyat vasitələrinin hərəkəti iyulun 13-də səhər saatlarından məhdudlaşdırılacaq.

Sıxlığın yaranmaması üçün sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?