Modern.az

Klublarımızın avrokubok oyunlarına necə baxaq?

Klublarımızın avrokubok oyunlarına necə baxaq?

12 İyul 2018, 19:20

Bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.

Modern.az  xəbər verir ki, bizim üç klubumuz da avrokuboklarda ilk matçlarına çıxacaq.

Bəs həmin oyunlara necə baxa biləcəyik? İlk əvvəl onu qeyd edək ki, “Keşlə”nin Maltada “Balzan” komandası ilə keçirəcəyi oyun TV vasitəsilə göstərilməyəcək. Lakin Bakı vaxtı ilə saat 20:00-da başlayacaq görüşü Avstriyanın internet televiziyası olan laola1.tv göstərəcək.

Eyni vaxtda başlayacaq “Qəbələ” – “Proqres” (Lüksemburq) görüşü “İdman Azərbaycan” telekanalı ilə canlı yayımlanacaq. Bundan bir saat sonra başlayacaq (21:00) “Neftçi” – “Uypeşt” (Macarıstan) oyunu isə “CBC Sport” telekanalı ilə göstəriləcək. (oxu.az)

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?