Modern.az

Bakıya elektrik enerjisi verilişi tam bərpa edilib

Bakıya elektrik enerjisi verilişi tam bərpa edilib

12 İyul 2018, 20:42

Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadalarının səyi nəticəsində Ağsu rayonunda taxıl sahəsində baş vermiş yanğın lokallaşdırılıb. Modern.az xəbər verir ki, bu barədə “Azərenerji” ASC-nin məlumatında bildirilib.

 

Məlumata görə, artıq Bakı şəhərinə elektrik enerjisi verilişi tam təmin  edilib.

 

“Hazırda digər bölgələrin də elektrik enerjisi ilə təchizatı istiqamətində iş aparılır” deyə, məlumatda bildirilir.

 

“Azərişıq” ASC-nin Mətbuat xidmətinin məlumatında da bildirilir ki, sistemdə baş verən qəza ilə əlaqədar tətbiq olunan məhdudiyyət aradan qaldırılıb və 100% ölkə boyu elektrik enerjisi təchizatı bütün istehlakçılara saat 20.20-dən etibarən tam bərpa edilib.

 

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi bu gün Yevlax və Ağsu rayonlarında baş vermiş yanğınla bağlı məlumat yayıb. Məlumatda qeyd olunub ki, Yevlax rayonu Xanabad kəndi yaxınlığında biçilmiş taxıl sahəsində baş vermiş yanğı yaxınlıqdakı yüksəkgərginlikli elektrik hava xətlərinə yaxınlaşmadan qarşısı alınıb.

 

Ağsu rayonunun Bico kəndi yaxınlığındakı biçilmiş taxıl sahəsi və kol-kos olan ərazidəki yanğın isə lokallaşdırılıb. Hazırda yüksəkgərginlikli elektrik hava xətlərinə təhlükə yoxdur. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?