Modern.az

ABŞ Şimali Koreyaya qarşı sanksiyaları davam etdirəcək

ABŞ Şimali Koreyaya qarşı sanksiyaları davam etdirəcək

13 İyul 2018, 00:33

ABŞ Şimali Koreyaya qarşı sanksiyaları ləğv etməyəcək. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri açıqlama verib.

 

ABŞ-ın maliyyə naziri Stiven Mnuçin Nümayəndələr Palatasında çıxışı zaman bildirib ki, rəhbərlik etdiyi qurumun Şimali Koreyaya qarşı tətbiq edilən sanksiyaları ləğv etmək planları yoxdur: “KXDR-in ABŞ-ın sanksiyalarının ləğvi üçün hansı addımları atacağına və ya atmayacağına dair fikir bildirməyəcəm. Lakin mətbuatda yazılanlara inanmayın”.

Birləşmiş Ştatların prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında iyunun 12-də baş tutan görüş iki ölkə tarixində ilk sammit olub.

 

Görüşün nəticələrinə görə Tramp bəyan etmişdi ki, Koreya yarımadasının nüvə silahından azad olması prosesi qısa zamanda başlayacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi