Modern.az

Gəncədə iki polisin qətlinə görə axtarılan Rəşad Böyükkişiyev məhv edildi

Gəncədə iki polisin qətlinə görə axtarılan Rəşad Böyükkişiyev məhv edildi

Aktual

13 İyul 2018, 09:12

Gəncədə iyulun 10-da baş vermiş iğtişaş zamanı iki polis zabitinin qətlə yetirilməsində əsas iştirakçılardan olan Rəşad Böyükkişiyev zərərsizləşdirilib.

Modern.az saytı Real TV-yə istinadən xəbər verir ki, o, hüquq-mühafizə orqanları əməkdaşlarının ötən gecə keçirdiyi keçirdiyi əməliyyat nəticəsində məhv edilib.

Qeyd edək ki, Rəşad Böyükkişiyev barəsində axtarış elan edilmişdi.

APA-nın məlumatına görə, R. Böyükkişiyev ötən gecə hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Şəmkir rayonu ərazisində zərərsizləşdirilib. O, hüquq-mühafizə orqanları əməkdaşlarına silahlı müqavimət göstərib və bu zaman məhv edilib. 

Rəsmi məlumatlarda 1988-ci il təvəllüdlü Rəşad Məmmədəli oğlu Böyükkişiyevin əvvəllər qəsdən adamöldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunduğu bildirilib.

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi  və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətlərin dünən yaydığı birgə məlumata görə, Gəncə hadisələri ilə bağlı 9 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır