Modern.az

Gəncənin deputatı: “Bu sabitliyi pozmağa cəhdlər indiyə kimi olub...”  

Gəncənin deputatı: “Bu sabitliyi pozmağa cəhdlər indiyə kimi olub...”   

13 İyul 2018, 10:01

“Bu gün Azərbaycan öz tarixinin ən güclü dövrünü yaşayır. Bu gün ölkəmiz ali tribunalardan sözünü deməyi bacaran, mövqeyini qoruyan qüdrətli müstəqil dövlətdir. Bu gücün təməlində isə ümummilli lider Heydər Əliyevin bu günümüz, gələcəyimiz üçün hazırlanmış inkişaf strategiyası dayanır və bu dövləti heç bir qüvvə sarsılda bilməz. Ölkə prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi, heç bir xarici və daxili düşmənlər müstəqil Azərbaycan dövlətinin xalq-iqtidar birliyinin təməlli monolitliyinə zərər vurmaq iqtidarında deyil”.

Bunu Modern.az-a açıqlamasında Gəncə şəhərinin deputatı Pərvin Kərimzadə iyulun 10-da  icra hakimiyyəti qarşısında keçirilən icazəsiz aksiyaya münasibət bildirərkən deyib.

 

Deputat bildirib ki, dövlətlə xalqın həmrəyliyi, bir-birinə sıx bağlılığı sayəsində bu gün Azərbaycan vətəndaşlarının rifah və təhlükəsizlik mühitində yaşadığı sabitlik adasına çevrilib.


“Bu sabitliyi pozmağa cəhdlər indiyə kimi olub, həmişə bunu planlayanlar həmişə uğursuzluğa düçar olublar. Çünki xalq heç zaman pozucu kənar qüvvələrin arxasıyca getməyib və getməyəcək”.

 

P.Kərimzadə qeyd edib ki, iyulun 10-da Gəncədə baş verən hadisələr göstərdi ki, Azərbaycan dövlətinin və xalqının vəhdətini, sarsılmaz bilriyini, sabitliyi pozmağa, iğtişaş törətməyə çalışan cinayətkar və anti-dövlətçi qüvvələrin məkirli planları puç oldu:

“Cinayətkarların  ifşa olunması, müstəqil və hüquqi, eləcə də demokratik quruluşlu dövlətçilik ənənələrimizin müdafiəsi uğrunda şəhid olan polis zabitlərimizin həyatlarını qurban vermələri pozucu qüvvələrin acizliyinin, qorxaqlıqlarının və namərdlik xüsusiyyətlərinə malik olmalarını təsdiq etdi. Azərbaycan xalqı, həmçinin Gəncə sakinləri dövlətinin və dövlətçiliyinin yanında olduqlarını bir daha təsdiq etdilər”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir