Modern.az

Milli Məclisin payız sesssiyasının ilk iclasının vaxtı dəyişəcək - SƏBƏB  

Milli Məclisin payız sesssiyasının ilk iclasının vaxtı dəyişəcək - SƏBƏB  

Parlament

13 İyul 2018, 12:03

Milli Məclisin payız sesssiyasının ilk iclasının vaxtında dəyişiklik ediləcək.

Modern.az-ın məlumatına görə, sentyabrın 30-u istirahət gününə düşdüyündən parlamentin payız sessiyasının ilk iclasının oktyabrın 1-də keçirilməsi nəzərdə tutulur.

Milli Məclisinin Daxili Nizamnaməsində göstərilib ki, Konstitusiyanın 88-ci maddəsinin I hissəsinin birinci abzasına uyğun olaraq parlament hər il iki növbəti yaz və payız sessiyalarına yığılır.

Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.

Əgər fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.


Qeyd etdiyimi kimi, bu il sentyabrın 30-u istirahət gününə düşdüyündən parlamentin payız sessiyasının ilk iclasının oktyabrın 1-də keçirilməsi nəzərdə tutulur.

 
Milli Məclis hazırda yay tətilindədir. Deputatlar iyulun 15-dən rəsmən məzuniyyətdə sayılacaqlar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir