21 fevral 2019, Cümə axşamı
Ana Səhifə - MƏDƏNİYYƏT - Diaspor işində yeni yol xəritəsi - gələcək uğurların başlanğıcı...  
Diaspor işində yeni yol xəritəsi - gələcək uğurların başlanğıcı...  
13.07.2018, 14:51

2002-ci il iyulun 5-də Azərbaycanın mərhum dövlət başçısı Heydər Əliyevin fərmanı ilə yaradılan Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi (indi Diasporla İş üzrə Dövlət Komitəsi-red.) ölkə xaricində yaşayan soydaşlarımızın mütəşəkkil icma halında təşkilatlanması, tarixi vətənləri ilə əlaqələrinin saxlanılması, genişləndirilməsi və s. kimi önəmli missiyaları öz üzərinə götürmüşdü.

50-60 milyon arasında olan dünya azərbaycanlılarının mütləq əksəriyyətinin ölkə sərhədlərindən kənarda yaşadığını nəzərə aldıqda, Komitənin və onun qarşısına qoyulan missiyanın Azərbaycan üçün strateji önəm kəsb etdiyini söyləmək olar.


Xüsusən də Rusiya, Gürcüstan, İran, Türkiyə, Qərbi Avropa və Şimali Amerikadakı (ABŞ, Kanada)  azərbaycanlıların yaratdıqları birliklərin effektiv fəaliyyətinə və əhatəliliyinə, daha güclü təşkilatlanmalarına, Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin hakimiyyət orqanlarına çatdırmalarına böyük ehtiyac var idi. Komitə yaranandan sonra bu sahədə müəyyən işlər görülsə də, ümumi mənzərə heç də ürəkaçan deyildi. Xocalı faciəsi və 31 Mart Dünya Azərbaycanlılarının Soyqırımı ilə bağlı xarici ölkə parlamentlərində qətnamələrin qəbulu, ermənilərin “soyqırımı” və Qarabağla bağlı yalançı iddialarının ifşa edilməsi, bir sıra nüfuzlu ölkələrin Azərbaycanla əməkdaşlığa üstünlük verməsi diaspor sahəsində irəliləyiş olsa da, əslində burada əsas təkanverici qüvvə, uğurun təminatçısı həmin ölkələrdəki Azərbaycan diasporu deyil, Azərbaycan dövlətinin özü oldu. 

Lakin diaspor işlərinin yalnız dövlətin çiyinləri üzərində olması uzun müddətli perspektiv və effekt vəd etmir. 

Məhz buna görə Azərbaycan diasporunun potensialından effektiv və düzgün istifadə etmək ehtiyacı yaranmışdı. 

Nəhayət Azərbaycan diasporunun fəaliyyətində canlanma müşahidə edə bildik.  

2018-ci il aprelin 23-də Azərbaycan Respublikasının Diasporla İş üzrə Komitəsinin rəhbərliyinə yeni təyinat gerçəkləşdi. Bu, ölkə başçısı İlham Əliyevin, Azərbaycanın I Vitse-prezidenti Mehriban Əliyevanın böyük etimadı idi.

Komitənin yeni rəhbərliyinin əsas missiyası qurumun effektivliyini artırmaq, Azərbaycan diasporunun potensialından tam istifadə etmək, erməni diasporu ilə mübarizə aparmaq və buna qədər diaspor sahəsində yaranmış boşluqları doldurmaqdan ibarətdir.

Komitənin yeni sədri postunda 3 aydan az fəaliyyətdə olmasına baxmayaraq, onun diaspor sahəsində əsas prioritetləri müəyyən etməsi optimist düşünməyə əsas verir. 



Etiraf etməliyik ki, bu günə kimi soydaşlarımızın kompakt şəkildə yaşadıqları əksər ölkələrdə azərbaycanlılarının mənfi bir imici - “bazar adamı” obrazı da formalaşıb. Bu xoşagəlməz halın yaşanması isə bir tərəfdən soydaşlarımızın özlərinin günahıdırsa, digər yandan da həmin ölkələrdəki bəzi institutların fəaliyyətinin nəticəsidir. Dünyanın müxtəlif ölkələrində kifayət qədər bilikli, bacarıqlı, ayrı-ayrı sahələr üzrə peşəkarlaşan azərbaycanlılar olsa da, məhz bəzi xarici institutların fəaliyyəti ilə onların özlərində bədgümanlıq rəyləri formalaşıb. Guya ki, azərbaycanlıların güclü alimi, bisnesmeni, istehsalçısı ola bilməz, azərbaycanlılar hansısa işdə tanına, daha da qabağa gedə bilməz.   

İndi Diaspor Komitəsinin aktivləşməsi bu bədgümanlığın aradan qaldırılacağına inam yaranıb. Yəni xaricdəki azərbaycanlılara baxışın, yanaşmanın dəyişməsinə nail olmaq da qurumun qarşısında duran vacib məsələlər sırasına daxildir.

Diaspor Komitəsinin yeni rəhbərliyi formalaşandan sonra dərhal xaricə səfərlər təşkil olundu. Artıq Türkiyə, Gürcüstan, Fransa kimi ölkələrə məhsuldar səfərlər gerçəkləşib. 

Səfər marşrutuna baxdıqda, onun ilk növbədə Azərbaycan diasporunun oturuşmuş mövqeyi, eyni zamanda erməni diasporunun güclü fəaliyyəti olan ölkələrə getdiyini görmək mümkündür.

Komitə sədri ilk rəsmi səfərini mayın sonlarında Türkiyəyə gerçəkləşdirdi. Bu səfər çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirlər, Türkiyənin dövlət rəsmiləri, diaspor nümayəndələri, həmçinin azərbaycanlı tələbələrlə görüşlər keçirildi.

Ardından iyunun 12-də Gürcüstan səfəri baş tutdu. İyunun 17-nə qədər davam edən bu səfər zamanı həm Gürcüstan hakimiyyətinin rəsmiləri, həm də Azərbaycan icmasının nümayəndələri ilə görüşlər keçirildi. Məhsuldar səfərə gürcü mətbuatında da geniş yer verildi.

Türkiyə Azərbaycana qardaş ölkə olsa da, buradakı erməni diasporunun gücünü mütləq vurğulamaq lazımdır. Eynilə də Gürcüstanda... Qonşu ölkədə çox sayda azərbaycanlılar yaşasa da, Gürcüstan Azərbaycanın ən böyük yatırım qoyduğu olkə olsa da, məhz erməni diasporunun gücü ilə bəzi həssas məqamlarda, həlledici situasiyalarda Azərbaycanın mövqeyi nəzərə alınmır. 

Bu sözləri Türkiyə haqqında da söyləmək olar. Bu baxımdan həmin səfərlər vacib addım sayılmalıdır. 


İyulun 10-da Komitə sədrinin Avropa ölkələrinə ilk rəsmi səfəri başlayıb. Fransadan start götürən səfər marşrutuna Almaniya, Rumıniya və Ukrayna da daxildir. Səfər proqramına bu dövlətlərin rəsmilərilə, eyni zamanda həmin ölkələrdə yaşayan azərbaycanlılarla və diaspor təşkilatları ilə görüşlər daxildir. Bundan başqa həmin ölkələrdəki ictimai xadimlər, Azərbaycanın ali məktəblərindən məzun olmuş xarici vətəndaşlar, Azərbaycan Xalq Cümhuriyyəti mühacirlərinin ailə üzvləri, həmçinin xaricdə təhsil alan azərbaycanlı gənclərlə görüşlər də nəzərdə tutulub.


Bu günə kimi pərakəndə faliyyəti müşahidə edilən diasporumuz dünyada kifayət qədər təşkilatlana bilməyib. Ona görə də Komitənin yeni rəhbərliyinin üzərinə bu çətin işdə böyük məsuliyyət düşür.

Atılan ilk addımlardan görünür ki, yeni rəhbərlik işə çox böyük həvəslə başlayıb, böyük layihələri var... Azərbaycanın Qarabağ kimi problemini nəzərə alsaq, qarşıda duran məsələlərin həllində xaricdəki soydaşlarımızın dəstəyi mütləqdir. Onları isə təşkilatlandırmaq, düzgün istiqamətə yönləndirmək lazımdır. 

Yeni rəhbərliyin 5 iyul tarixində Komitəsinin yaradılmasının 16 illiyi ilə bağlı tədbirdə çıxışı erməni diasporunda gizlədilə bilməyən narahatlıq yaratmışdı. Həmin çıxışı zamanı Komitə sədri erməni diasporuna təxribatçı fəaliyyətindən dolayı ciddi xəbərdarlıq etmişdi:

“Erməni lobbisinin xaricdə törədiyi təxribatlardan xəbərdarıq. Bununla bağlı Azərbaycan diaspor təşkilatları fəal iş görür. Türk diasporu və digər türkdilli ölkələrinin diasporları da bu işdə Azərbaycanın yanındadır. Azərbaycan diasporu olaraq yaxın zamanda erməni lobbisinə ağır zərbələr endirəcəyik. Azərbaycan diaspor təşkilatları istənilən vaxt buna hazırdır”.

Komitə diaspor işi ilə bağlı yeni yol xəritəsinin hazırlandığını bəyan edib, əsas məqsədin dünyadakı bütün azərbaycanlıların birləşdirilməsi olduğunu bildirib. 

Bu baxımdan Dövlət Komitəsinin rəhbərliyindəki dəyişiklik böyük gözləntilər vəd edir.

Xaricdəki Azərbaycan diasporunun isə Dövlət Komitəsinin yardımı ilə effektiv fəaliyyətə keçməsi ölkəmizin gücünə və iqtisadi potensialına öz töhfəsini vermiş ölacaq. Aparılan işlər, diaspor məsələri ilə bağlı strateji istiqamətlərin müəyyənləşdirilməsi nikbinliyə əsas verir: Azərbaycan diasporu dünyanın ən güclü diasporlarından birinə çevriləcək...

Dövlət Komitəsinin yeni rəhbərliyi digər vədlər də verib. Bu vədlər hər şeyin şəffaf olacağından, xaricdəki soydaşlarımız arasında ayrı-seçkilik qoyulmayacağından, onların hər birinə əsl azərbaycanlı kimi yanaşılacağından ibarətdir. Verilən vədlər quruma inamı daha da artırır... 

Modern.az ölkə başçısının dövlət orqanlarında həyata keçirdiyi kadr dəyişiklikləri və struktur islahatlarını nəzərə alaraq, bu qəbildən olan təhlillərini digər qurumlarla bağlı da davam etdirəcək. 


Vüqar İSMAYILOV
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
DTX arxivi açdı: Tarixi əhəmiyyətli sertifikatlar təqdim olundu
21.02.2019, 21:28

DTX arxivi açdı: Tarixi əhəmiyyətli sertifikatlar təqdim olundu

Prezident Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinə 1 milyon manat ayırdı
21.02.2019, 21:13

Prezident Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinə 1 milyon manat ayırdı

Ankarada yeni kanal tikiləcək
21.02.2019, 20:57

Ankarada yeni kanal tikiləcək

İraqda İŞİD-i maliyyələşdirən gizli şəbəkə aşkarlandı
21.02.2019, 20:44

İraqda İŞİD-i maliyyələşdirən gizli şəbəkə aşkarlandı

“Gürcüstan parlamenti Xocalıda törədilmiş qətliamı soyqırımı kimi tanımalıdır” – Gürcü siyasətçi
21.02.2019, 20:27

“Gürcüstan parlamenti Xocalıda törədilmiş qətliamı soyqırımı kimi tanımalıdır” – Gürcü siyasətçi

Avtobus qəzasında yaralananlardan 19-u xəstəxanadadır - Səhiyyə Nazirliyi
21.02.2019, 20:16

Avtobus qəzasında yaralananlardan 19-u xəstəxanadadır - Səhiyyə Nazirliyi

Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsi 10 faiz artıb
21.02.2019, 20:03

Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsi 10 faiz artıb

Ağdaşda canavarlar sürüyə hücum edib - FOTO
21.02.2019, 19:56

Ağdaşda canavarlar sürüyə hücum edib - FOTO

Suriyada PARTLAYIŞ - 15 ölü
21.02.2019, 19:38

Suriyada PARTLAYIŞ - 15 ölü

Kənd təsərrüfatı məhsullarının istehsalı 2,4 faiz artıb
21.02.2019, 19:23

Kənd təsərrüfatı məhsullarının istehsalı 2,4 faiz artıb

“Yuventus”un səhmləri “Atletiko”ya məğlubiyyətdən sonra ucuzlaşıb
21.02.2019, 19:17

“Yuventus”un səhmləri “Atletiko”ya məğlubiyyətdən sonra ucuzlaşıb

Sumqayıtdakı qəzada yaralılardan biri hamilədir - RƏSMİ AÇIQLAMA
21.02.2019, 18:55

Sumqayıtdakı qəzada yaralılardan biri hamilədir - RƏSMİ AÇIQLAMA

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndələri BDU-da
21.02.2019, 18:30

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndələri BDU-da

Sumqayıtda avtobus binaya çırpıldı - 31 sərnişin xəstəxanada
21.02.2019, 18:15

Sumqayıtda avtobus binaya çırpıldı - 31 sərnişin xəstəxanada

İnam Kərimov Sabirabadda sakinlərlə görüşəcək
21.02.2019, 18:11

İnam Kərimov Sabirabadda sakinlərlə görüşəcək

Əbülfəs Qarayevin iştirakı ilə dəyirmi masa keçirildi
21.02.2019, 18:09

Əbülfəs Qarayevin iştirakı ilə dəyirmi masa keçirildi

“Cavabdeh şəxslər barəsində tədbir görüləcək” - AÇIQLAMA   
21.02.2019, 18:06

“Cavabdeh şəxslər barəsində tədbir görüləcək” - AÇIQLAMA  

Rezidenturaya ərizə qəbulunun vaxtı uzadıldı
21.02.2019, 17:52

Rezidenturaya ərizə qəbulunun vaxtı uzadıldı

Nazarbayev hökuməti istefaya göndərdi
21.02.2019, 17:49

Nazarbayev hökuməti istefaya göndərdi

Bakıda iki bələdiyyənin sədri istefa verdi
21.02.2019, 17:46

Bakıda iki bələdiyyənin sədri istefa verdi

“Azərbaycanın üzvlüyü ilə bağlı UNEC-də faydalı müzakirələr aparıldı”
21.02.2019, 17:43

“Azərbaycanın üzvlüyü ilə bağlı UNEC-də faydalı müzakirələr aparıldı”

Prezident onların da təqaüdünü artırdı
21.02.2019, 17:40

Prezident onların da təqaüdünü artırdı

Yeni Milli Meşə Proqramının ilkin müzakirəsi aparılır
21.02.2019, 17:34

Yeni Milli Meşə Proqramının ilkin müzakirəsi aparılır

Azərbaycanda 7 minə yaxın Əfqanıstan veteranı var - Ruslan Auşev DTX-dakı tədbirdə   
21.02.2019, 17:34

Azərbaycanda 7 minə yaxın Əfqanıstan veteranı var - Ruslan Auşev DTX-dakı tədbirdə  

İŞİD-in nəzarətindəki sonuncu kənddə döyüşlər başladı - Qruplaşma tarixdən silinəcək?
21.02.2019, 17:10

İŞİD-in nəzarətindəki sonuncu kənddə döyüşlər başladı - Qruplaşma tarixdən silinəcək?

Manat sabah bu məzənnədə olacaq  
21.02.2019, 17:08

Manat sabah bu məzənnədə olacaq  

Xocalıdan olan ana Prezidentdən kömək istədi - MÜRACİƏT
21.02.2019, 17:03

Xocalıdan olan ana Prezidentdən kömək istədi - MÜRACİƏT

Vətənə xidmət vəzifəsi
21.02.2019, 17:01

Vətənə xidmət vəzifəsi

Dövlət Gömrük Komitəsi quzu əti ilə bağlı açıqlama yaydı
21.02.2019, 16:30

Dövlət Gömrük Komitəsi quzu əti ilə bağlı açıqlama yaydı

Əli Əhmədov Dünya Bankının regional direktoru ilə müzakirə apardı
21.02.2019, 16:26

Əli Əhmədov Dünya Bankının regional direktoru ilə müzakirə apardı

Azərbaycan sərhədini pozmaq istəyən 5 əcnəbi saxlanıldı
21.02.2019, 16:21

Azərbaycan sərhədini pozmaq istəyən 5 əcnəbi saxlanıldı

Mehman Əliyevin atası vəfat edib   
21.02.2019, 16:16

Mehman Əliyevin atası vəfat edib  

Kamal Abdulla Metin Yıldızla müzakirə apardı
21.02.2019, 16:13

Kamal Abdulla Metin Yıldızla müzakirə apardı

İcra başçısı Ermənistanla sərhəddə səyyar qəbul keçirdi
21.02.2019, 16:11

İcra başçısı Ermənistanla sərhəddə səyyar qəbul keçirdi

Ülvi Quliyevdən gənclərə ÇAĞIRIŞ
21.02.2019, 16:06

Ülvi Quliyevdən gənclərə ÇAĞIRIŞ

ATƏT-də Xocalı məsələsi qaldırılacaq   
21.02.2019, 15:56

ATƏT-də Xocalı məsələsi qaldırılacaq  

Ağdamda Ermənistanın PUA-sı məhv edildi
21.02.2019, 15:48

Ağdamda Ermənistanın PUA-sı məhv edildi

ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupu mühüm qərarlar qəbul etdi
21.02.2019, 15:43

ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupu mühüm qərarlar qəbul etdi

Venesuelanın Xarici İşlər nazirinin müavini ADU-da
21.02.2019, 15:42

Venesuelanın Xarici İşlər nazirinin müavini ADU-da

Sarkisyanın qardaşının gizləndiyi ölkə məlum oldu
21.02.2019, 15:39

Sarkisyanın qardaşının gizləndiyi ölkə məlum oldu

Magistraturaya qəbul imtahanı keçiriləcək
21.02.2019, 15:35

Magistraturaya qəbul imtahanı keçiriləcək

“Könüllülər Parlamenti - Azərbaycan, 2019” layihəsinin bağlanış mərasimi keçirildi   
21.02.2019, 15:24

“Könüllülər Parlamenti - Azərbaycan, 2019” layihəsinin bağlanış mərasimi keçirildi  

Təhqir və böhtana görə cəzalar sərtləşdirilə bilər - Birinci vitse-spikerdən ANONS
21.02.2019, 15:20

Təhqir və böhtana görə cəzalar sərtləşdirilə bilər - Birinci vitse-spikerdən ANONS

Növbədənkənar parlament seçkiləri keçirilməyəcək – Ziyafət Əsgərov
21.02.2019, 15:11

Növbədənkənar parlament seçkiləri keçirilməyəcək – Ziyafət Əsgərov

Almaniyada silahlı insidentdə 2 nəfər öldü
21.02.2019, 15:10

Almaniyada silahlı insidentdə 2 nəfər öldü

“Xalqa sevgi, vətənpərvərlik, humanizm...” - Deputatlar Mehriban Əliyevanın fəaliyyətindən DANIŞDILAR
21.02.2019, 15:04

“Xalqa sevgi, vətənpərvərlik, humanizm...” - Deputatlar Mehriban Əliyevanın fəaliyyətindən DANIŞDILAR

Azərbaycanla Türkiyə Ermənistanla sərhəddə təlim keçirir
21.02.2019, 14:38

Azərbaycanla Türkiyə Ermənistanla sərhəddə təlim keçirir

Bakı metrosunda daha bir YENİLİK
21.02.2019, 14:38

Bakı metrosunda daha bir YENİLİK

Avropada Qarabağ üçün birləşək! - Böyük mitinqə çağırış
21.02.2019, 14:37

Avropada Qarabağ üçün birləşək! - Böyük mitinqə çağırış

İki deputat Avstraliyadadır
21.02.2019, 14:29

İki deputat Avstraliyadadır

ARXİV