Modern.az

Terror qurbanlarının sayı 128-ə çatdı

Terror qurbanlarının sayı 128-ə çatdı

Dünya

13 İyul 2018, 22:27

Pakistanın cənub-qərbində törədilən terror aktı nəticəsində ölənlərin sayı artıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, terror qurbanlarının sayı 128 nəfərə çatıb. Hadisə nəticəsində 120 nəfər yaralanıb.

 

Mastunq şəhərində (Bəlucistan əyaləti) seçkiqabağı mitinq zamanı partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi təsdiqlənib.

 

İlkin məlumata əsasən, partlayış zamanı yeni təsis edilən “Balochistan Awami Party” partiyasının lideri Navabzada Siray Raysanı həlak olub. Partlayışa görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

 

Hadisəyə görə İŞİD terror qruplaşması məsuliyyəti öz üzərinə götürüb.

 

Qeyd edək ki, iyulun 25-də Pakistanda növbəti parlament seçkiləri keçiriləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi