Modern.az

ABŞ-ın S-400 təhdidinə Hindistandan CAVAB: “ABŞ qanunları Hindistana aid deyil”

ABŞ-ın S-400 təhdidinə Hindistandan CAVAB: “ABŞ qanunları Hindistana aid deyil”

Aktual

14 İyul 2018, 10:06

Hindistan mətbuatı, Hindistanın ABŞ-ın təzyiqlərinə qarşılıq olaraq Rusiyadan S-400 Zenit raket kompleksi almaq üçün görüşlərə davam etdiyini yazıb.

 

Modern.az xəbər verir ki, Hindistanın müdafiə naziri Nirmala Sitharaman “ABŞ qanunları Hindistana aid deyil” deyib:

 

“Hindistana gələn ABŞ heyətinə, ABŞ qanunlarının, BMT-nin qərarları ilə eyni olmadığını dedik. Rusiya istehsalı olan S-400 Zenit raket kompleksi almaqla bağlı görüşlər son mərhələdədir. ABŞ-lı rəsmilərə də Rusiya ilə uzun müddətli əlaqələrimizin olduğunu və bu əlaqələri inkişaf etdirəcəyimizi dedik”.

 

Qeyd edək ki, daha əvvəl ABŞ-lı rəsmilər, Rusiyadan S-400 Zenit raket kompleksi alınarsa Hindistana sanksiyaların tətbiq olunacağı xəbərdarlığını etmişdilər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!