Modern.az

“Türkiyəni ələ keçirmək istəyirdilər” - AÇIQLAMA

“Türkiyəni ələ keçirmək istəyirdilər” - AÇIQLAMA

14 İyul 2018, 13:07

Bu gün İstanbulda 15 iyul dövlət çevrilişinə cəhdin 2-ci ildönümünə həsr olunan beynəlxalq konfrans öz işinə başlayıb.

 

Modern.az saytının məlumatına görə, konfrans Türkiyə Mətbuat və İnformasiya Baş İdarəsi Müdürlüyü tərəfindən təşkil olunub.

 

Qurumun baş direktoru Mehmat Akarca bildirib ki, 2 il bundan qabaq Fətullah Gülənə bağlı xain qüvvələr Türkiyədə dövlət çevrilişinə cəhd edib. O söyləyib ki, FETÖ-çülər dövlətin bir çox qurumuna nüfuz etmişdi və onlar ölkəni ələ keçirmək istəyirdilər.

 

Onun sözlərinə görə, Türkiyə xalqı çevrilişə cəhdin qarşısını almaqla ikinci istiqlal savaşını yaşadı.

 

Tədbirdə Azərbaycandan olan media nümayəndələri də iştirak edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır