Modern.az

Edam günü filmi beynəlxalq festivalda 3-cü dəfə ən yaxşı mükafat qazandı - FOTO

“Edam günü” filmi beynəlxalq festivalda 3-cü dəfə ən yaxşı mükafat qazandı - FOTO

14 İyul 2018, 13:50

Azərbaycanda çəkilən "Edam Günü" bədii filmi iyun ayının 28-də Barselona Film Festivalında "Ən Yaxşı Danışıq Bədii Filmi” nominasiyasına təqdim olunmuşdu. Film festivalın finalına çıxıb. 13 iyul tarixində isə "Edam Günü" bədii filmi "Ən Yaxşı Danışıq Bədii Filmi” seçilib. 

Bu haqda Modern.az-a filmin ssenari müəllifi və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib. Azərbaycanda istehsalı 2016-cı ildən başlayan "Edam günü" tammetrajlı bədi filmi psixoloji  triller janrındadır və bu yaxınlarda postprodakşın mərhələsi yekunlaşıb. Film həm yerli, həm də beynəlxalq auditoriyaya təqdim edilib.

Ssenari müəllifinin sözlərinə görə, filmə yaxın vaxtlarda geniş tamaşaçı kütləsinin baxmaq imkanı olub. 

"Biz filmin tam fərqli yayım siyasətini qurmağa çalışdıq”.

Qeyd edək ki, "Edam günü" psixoloji trillerində hadisələr Sovet dövrünün son illərində həbsxanada cərəyan edir. Müəllif həbsxana mövzusuna iki əks qütbün ziddiyyəti kontekstindən baxaraq, orijinal yanaşma təqdim edib.

Filmdə baş rollarda Rövşən Kərimduxt, Sabir Məmmədov, Məmməd Əliyev, Nazil Ağalarov, Ramin Şıxəliyev, Soltan Qasımov, Hikmət Məmmədov, Vüqar Qurbanov və digərləri çəkiliblər. Filmin quruluşçu operatoru Mehdi Yaqubovdur. "SPP Production" tərəfindən istehsal edilən ekran əsərinin xronometrajı  95 dəqiqədir.

Beynəlxalq film festivalları, həmçinin beynəlxalq film marketlərinə təqdimat 2018-ci ilin sonlarına qədər davam edəcək. Son bir ayda film 3 beynəlxalq festivalın qalibi oldu:

-         Los Angeles CineFest (ABŞ)

-         Slumberjack Film Festival (Böyük Britaniya)

-         Barcelona Planet Film Festival (İspaniya)


Filmin ssenarisi Rusiyada, Azərbaycanda, ümumiyyətlə keçmiş SSRİ məkanında  dustaq həyatı yaşamış insanların həyatından, yaşadıqları hadisələrdən götürülüb.


“Edama məhkum olunmuş bir dustağın kamerada yaşadığı həyəcanlı anları göstərmişik. Filmin ssenarisini yazarkən Bayıl türməsinin SSRİ dövründə işlənmiş işçilərlə görüşüb maraqlı məlumatlar toplamışıq”, - ssenari müəllifi bildirib.


C.Qasımov deyib ki, bu filmin çəkilməsinin əsas məqsədi bütün gənclərin içərisindəki istedadı tapıb üzə çıxarmaq, onların qabiliyyətini göstərməkdir. 

“Hər bir insanın (gəncin) içərisində bir istedad, qabiliyyət yatır. Kimidə bu qabiliyyət elmə, kimidə idmana, kimidə də sənətə və s. yönləndirilməlidir. Yoxsa hər bir gəncin taleyi filmdəki bu “qəhrəmanın” taleyi kimi olacaq”.



 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir