2010-cu ildə Cənubi Afrikada keçiriləcək futbol üzrə Dünya Çempionatının qalibi 31 milyon dollar mükafatın sahibi olacaq. “Associated Press”in məlimatına görə, FİFA-dan bildiriblər ki, dünya çempionatı çərçivəsində 32 komanda arasında bölünəcək mükafatın məbləği 420 milyon dollar təşkil edəcək. Bu məbləğ 2006-cı oldə Almaniyada keçirilən dünya çempioantının mükafat fondundan 60 faiz çoxdur. Almaniyada keçirilən çempionatda bu məbləğ 261 milyon dollar olub.
Finalda uduzan komandaya 25 milyon dollar veriləcək.