Modern.az

Qanunsuz tikililərin qarşısı necə alınacaq? - Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən CAVAB  

Qanunsuz tikililərin qarşısı necə alınacaq? - Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən CAVAB   

15 İyul 2018, 10:32

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında tikinti sahəsindəki özbaşınalıqlara diqqət çəkib.

 

Prezident bildirib ki, bir çox hallarda aparılan tikintilər heç bir meyara sığmır:

“Nə şəhərsalma meyarlarına, nə tikinti meyarlarına. Bəzən memarlıq baxımından çox eybəcər binalar tikilir. Buna son qoymaq üçün çox ciddi tədbirlər görülməlidir və qanunsuz tikililərə son qoyulmalıdır. Qanunsuz tikililərə şərait yaradan dövlət məmurları çox ciddi cəzalandırılacaqlar.

Bundan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi, icazəsi olmadan ölkəmizdə bir dənə də bina tikilməməlidir. Kim bunu edəcəksə, dərhal mənə məlumat verilsin. Həmin o adamları ən ciddi cəzalar gözləyir. Çünki biz bu qədər səy göstəririk”.

 

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov Modern.az-ın sorğusunu cavablandırıb.

D.Dövlətxanov qaldırılan məsələnin qurum tərəfindən yüksək qiymətləndirildiyini bildirib:

“Bununla əlaqədar bildiririk ki, qanunsuz tikililərə yol verilməməsi üçün Komitə öz səlahiyyətləri çərçivəsində şəhərsalma və tikinti normalarıının müddəalarını rəhbər tutur. Bunun əsasında dövlət şəhərsalma nəzarətini həyata keçirir”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir