Modern.az

Çökən yol metro tikintisi səbəbindən...- YENİ AÇIQLAMA

Çökən yol metro tikintisi səbəbindən...- YENİ AÇIQLAMA

15 İyul 2018, 12:40

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində vaş vermiş çökmə ilə bağlı daha bir məlumat açıqlayıb.

 

Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Modern.az-a bildirib ki, hazırda çökmənin səbəbləri araşdırılır:

“Çökmənin səbəbi hazırda əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən cəlb edilmiş ağır texnikalar qazıntı işləri apardıqdan sonra bəlli olacaq.
Çökmənin səbəbləri aradan qaldırılandan sonra yolun bərpasına başlanılacaq”.

A.Nəcəfli deyib ki, sözügedən yol 7-8 il bundan əvvəl “Bakı Metropoliteni” QSC tərəfindən metro tikintisi səbəbindən alternativ yol olaraq salınıb.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir