Modern.az

Türkiyədə 15 iyul qiyamının 2-ci ili tamam oldu  

Türkiyədə 15 iyul qiyamının 2-ci ili tamam oldu   

Aktual

15 İyul 2018, 13:15

Bu gün Türkiyədə 2016-cı il iyulun 15-də baş verən dövlət çevrilişi cəhdinin qarşısının alınmasının ikinci ildönümü qeyd edilir.

15 iyul - Demokratiya və Milli Birlik Günündə ölkənin bütün bölgələrində şəhidlərin anım mərasimləri, konfranslar, rəsm sərgiləri, mövzu ilə bağlı film və kitab təqdimatları təşkil olunub.


Modern.az xatırladır ki, 2016-cı il iyulun 15-də ölkədə hərbi çevriliş cəhdi olub.  Əliyalın insanlar tankların, silahlı qiyamçıların qarşısına çıxaraq dövlətin, qanuni hakimiyyətin müdafiəsini təmin edib.

Dövlət çevrilişi cəhdi nəticəsində Türkiyə 251 şəhid verib.

Qeyd edək ki, Fətullahçı terror təşkilatı (FETÖ) tərəfindən təşkil olunan dövlət çevrilişi cəhdinin qarşısı alınandan sonra Türkiyə hökuməti terrorçuluqla mübarizədə dövlət strukturlarından, ordudan və polis sistemindən FETÖ üzvlərinin təmizlənməsi prosesini həyata keçirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır