Modern.az

Şirvanda avtomobillər toqquşdu - xəsarət alan var - FOTO

Şirvanda avtomobillər toqquşdu - xəsarət alan var - FOTO

15 İyul 2018, 16:46

Şirvanda baş verən qəza zamanı sərnişin xəsarət alıb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə günorta saatlarında Şirvan şəhəri H.Əliyev prospektində qeydə alınıb.

 

Sürətlə hərəkətdə olan “BMW” markalı "10 RP 735" dövlət nömrə nişanlı avtomobillə “Opel” markalı "24 BF 081" dövlət nömrə nişanlı avtomobil toqquşub. Nəticədə hər iki avtomobil yoldan çıxaraq aşıb. Yaşıllıq zolağına  çırpılan avtomobillər 4 ədəd çoxillik şam ağacını kökündən çıxarıb. Şəhərin yaşıllıq təsərrüfatına ciddi ziyan dəyib. Dəyən ziyan hesablanır.

 

Qəza zamanı “Opel” markalı avtomobildə olan sərnişin Hacıqabul sakini, 1965-ci il təvəllüdlü Həsənov İlham Musarza oğlu xəsarət alaraq Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Şirvan polis şöbəsi tərəfindən araşdırma aparılır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır