Modern.az

Dünya Çempionatının finalında insident

Dünya Çempionatının finalında insident

Aktual

15 İyul 2018, 21:17

Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatının final oyununda maraqlı anlar yaşanıb. Modern.az xəbər verir ki, Fransa və Xorvatiya milli komandaları arasında keçirilən final matçının 51-ci dəqiqəsində iki azarkeş qaçaraq stadiona daxil olub. Hakim oyunu saxlayıb. FİFA əməkdaşları stadiona daxil olanları çıxardandan sonra oyun davam etdirilib.

 

APA-nın Rusiya mətbuatına istinadən məlumatına görə, stadiona daxil olanlar "Pussy Riot"un üzvləri olub. Onların "Milisioner oyuna daxil olur" aksiyası çərçivəsində bu hərəkəti etdikləri bildirilib. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır