Modern.az

Trampla Putinin görüşünə az qaldı - Bəyanat olmayacaq  

Trampla Putinin görüşünə az qaldı - Bəyanat olmayacaq   

Aktual

16 İyul 2018, 09:24

Bu gün Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampın Helsinkidə keçiriləcək görüşündən sonra birgə bəyanat verilməyəcək.

Modern.az xəbər verir ki, bu barədə “RT” kanalına müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov bildirib.

Onun sözlərinə görə, prezidentlər görüşdən sonra birgə mətbuat konfransı keçirəcək və orada bəyanatla çıxış edəcəklər.

Peskov bundan əvvəl mətbuatda görüşdən sonra birgə bəyanat sənədinin hazırlanacağı ilə bağlı məlumatlara şərh verərəkən bildirib:


“Xeyr, bu həqiqətə uyğun deyil. Hər hansı bir bəyanat planlaşdırılmayıb. Və bu, əslində belə görüşlərə xas bir xüsusiyyət deyil. Dövlət başçıları birgə mətbuat konfransı keçirməyi planlaşdırır. Orada bəyanatlarla çıxış edəcəklər. Yalnız şifahi” – Peskov bildirib.


Qeyd edək ki, iyulun 16-da Rusiya və ABŞ prezidentləri arasında Helsinkidə keçiriləcək görüş üçün Trampın Putinə hədiyyə hazırladığı barədə ABŞ mətbuatında məlumatlar yayılıb.

 

Əvəz ZEYNALOV

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi