Modern.az

Dərnəgül yolunda işləyən iki avtobus xətti təzələnir - kart sisteminə keçilir

Dərnəgül yolunda işləyən iki avtobus xətti təzələnir - kart sisteminə keçilir

16 İyul 2018, 11:23

 Yaxın vaxtlarda fəaliyyətə başlayacaq 7A  və 7B marşrut xətləri boyunca sərnişinlərin rahatlığı üçün zəruri infrastruktunun yaradılması işləri davam etdirilir.

 

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayevin Modern.az-a verdiyi məlumata görə,  bu çərçivədə sərnişinlərin BakıKart əldə etməsi, eyni zamanda balansı artırmaq üçün 8 dayancaq məntəqəsində ödəmə terminalları qoyulub. Marşrut xətləri boyunca 15 yeni dayanacaq məntəqəsi də müəyyən edilib ki, hazırda onların müvafiq qaydada nişanlanması işləri aparılır”.


M.Ağayev bildirib ki, 7A Bakı Beynəlxalq Avtovağzal Kompleksi-“Əhmədli” metrostansiyası, 7B Yeni Yasamal Məhəmməd Xiyabani küçəsi-“Əhmədli” metrostansiyası istiqamətlərində fəaliyyət göstərəcək.

 

Xatırladaq ki, 20 və 94 nömrəli müntəzəm marşrut xətləri müsabiqə yolu ilə birləşdirilərək sərnişindaşıma işinin təşkili “BakuBus” MMC-yə həvalə edilib. Qeyd edilən marşrut xətlərinin fəaliyyəti 7A və 7B olmaqla müasir və komfortlu avtobuslarla təşkil ediləcək.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir