Modern.az

“Gəncədəki terrorun izləri xaricdə olan qruplara gedib çıxır” - Mübariz Qurbanlı

“Gəncədəki terrorun izləri xaricdə olan qruplara gedib çıxır” - Mübariz Qurbanlı

16 İyul 2018, 11:45

“Gəncədə törədilmiş terror aktları ilə əlaqədar məsələlər hüquq-mühafizə orqanları tərəfindən geniş şəkildə ictimaiyyətə çatdırılıb. İstintaq davam edir və istintaqın gedişində ortaya çıxan məsələlər barədə ictimaiyyətə məlumat verilir”.

Modern.az xəbər verir ki, bu sözləri Dini Qurumlarlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.


O bildirib ki, Gəncədə törədilən hadisə terror aktı idi, bunu edənlər din adı altında gizlənən radikal qruplardır.


“Onların din adı altında gizlənməsinin əsas səbəbi dinin həssas məsələ olmasıdır. Azərbaycan islam dünyasının bir parçasıdır, dini dəyərlərimizə yer verilir, onlar da din adı altında gizlənərək sabitliyi pozurlar. Bunun arxasında hansı dairələrin dayandığı araşdırılır. İlkin məlumatlar onu göstərir ki, onların izləri xaricdə olan qruplara gedib çıxır. Sumqayıtda da, digər yerlərdə də belə qruplar mövcuddur ki, onlar din pərdəsi arxasında gizlənərək cinayətlər törətməyə cəhd edirlər. Bunun üçün də müvafiq profilaktik tədbirlər görülür. Hüquq-mühafizə orqanlarının gördüyü işlər də profilaktik tədbirlərin əsas istiqamətlərindən biridir. Bütün cəmiyyətimiz bu məsələdə dövlətçilik mövqeyi nümayiş etdirir. Bütövlükdə bu məsələdə ictimai rəy Azərbaycan dövlətinin, Azərbaycan prezidentinin yeritdiyi siyasəti birmənalı şəkildə dəstəkləyir”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı