Modern.az

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini mətbuata ÇAĞIRŞ ETDİ

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini mətbuata ÇAĞIRŞ ETDİ

16 İyul 2018, 11:55

“Mətbuatda dinlə bağlı müəyyən yanlışlığa yol verilir. Biz istəyirik ki, jurnalistlər mediada sunni-şiə məsələsinə, məzhəb, irqi ayrı-seçkliyə səbəb olacaq mövzulara daha çox diqqət yetirsinlər”.

Modern.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, İslam Universitetinin dekanı, ilahiyyatçı alim Hacı Fuad Nurullah bu gün Bakıda keçirilən "Media: Dini Radikalizmlə Mübarizə" adlı konfransda çıxışı zamanı bildirib.

O deyib ki, jurnalistlər bacardığı qədər bu sahədə ehtiyyatlı olmalıdırlar.

“Çünki yazılan mövzulara baxdıqda cəmiyyət tərəfindən İslam dininə qarşı olan münasibət dəyişir. İslamı terrorla əlaqələndirmək yanlış və qərəzli yanaşmadır”.

QMİ rəsmisi bildirib ki, İslam dini sülh, həmrəylik, məthəmət dinidir.

“Sadəcə olaraq din pərdəsi adı altında bəzi insanlar öz istəklərini həyata keçirməyə cəhd edirlər. Din insanlar arasında sivil cəmiyyət təşkil etmək üçün böyük bir rol oynayır. Media nümayəndələridə bu məqamı xususi diqqət etməlidirlər”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır