Modern.az

Mafiya itin başına 70 min dollar qoydu

Mafiya itin başına 70 min dollar qoydu

16 İyul 2018, 11:59

Kolumbiyada cinayətkar qruplaşma Clan Del Golfo “Sombra” adlı itin öldürülməsi üçün böyük məbləğdə mükafat müəyyən edib.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, qruplaşma ABŞ-dan Avropaya göndəriləcək 100 kq-lıq kokaini tapan “Sombra”nın başına 200 milyon Kolumbiya pesosu (70 min dollar) mükafat qoyub.

Qruplaşmanın rəhbəri Dario Antonio Usuqa bu partiyadan başqa daha bir neçə narkotik partiyalarını aşkarlayan “Sombra2 adlı iti ölderəcək şəxsə bu mükafatı verəcək.

 

Hadisə ilə əlaqədar narkotiklərə qarşı mübarizə idarəsi itin xidmət yerini dəyişdirib. “Sombra” bundan sonra paytaxt Boqotadakı “El Dorado” hava limanında xidmət aparacaq.

Qruplaşmanın mindən çox üzvünün olduğu hesab edilir.

 

Qeyd edək ki, prezident Juan Manuel Santos Calderónun ölkədəki qruplaşma üzvlərini təslim olacağı təqdirdə işlərinin yüngülləşdiriləcəyi haqda qərarından sonra bu qrupun bir hissəsi təslim olub. Prezident qruplaşmanın digər üzvlərinin təslim olmasının an məsələsi olduğunu bildirib.

 

Əvəz ZEYNALOV

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir