Modern.az

Türkiyə istəyinə mane oldu – PKK geri çəkildi

Türkiyə istəyinə mane oldu – PKK geri çəkildi

16 İyul 2018, 12:02

Türkiyə ABŞ arasında uzun müddət münasibətlərin gərginləşməsinə səbəb olan PKK terror təşkilatı haqda əldə olunmuş razılıq öz nəticəsini verib.

 

Modern.az Reuters agentliyinə istinadən xəbər verir ki, PKK silahlıları artıq Suriyanın Menbiç şəhərini tamamilə tərk ediblər.

Agentliyin verdiyi məlumatda bu hadisənin Türkiyənin uzun müddətdir gözlədiyi bir xəbər olduğuna diqqət çəkib.

 

Bununla da Türkiyə ilə ABŞ arasında əsas gərginlik yaratmış məsələlərdən biri də həllini tapıb.

 

Qeyd edək ki, uzun müddət Türkiyə və ABŞ arasında münasibətlərin gərginləşməsinə səbəb olmuş PKK terror təşkilatı ilə bağlı keçən ay razılaşma əldə olunub. Razılaşmaya əsasən 30 gün ərzində ABŞ tərəfindən maliyyələşdirilən PKK silahlıları Türkiyənin nəzarətində olan Suriyanın Menbiç şəhərini tərk etməli idilər. Razılaşmanın 45-ci günündən sonra ABŞ və Türkiyə kəşfiyyatçıları bölgəni araşdıracaqlar. 60-cı gündə isə yerli sakinlərdən ibarət yerli idarəetmə orqanı formalaşdırılacaq.

 

Əvəz ZEYNALOV

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı