Modern.az

Tramp: “Rusiya ilə münasibətlər öz axmaqlığımıza görə pisləşib”

Tramp: “Rusiya ilə münasibətlər öz axmaqlığımıza görə pisləşib”

16 İyul 2018, 12:23

ABŞ prezidenti Donald Tramp Rusiya İlə münasibətlərin pozulmasında ABŞ tərəfini günahlandırıb.

 

Modern.az Donald Trampın Twitter hesabına istinadən xəbər verir ki, ABŞ prezidenti bunun ABŞ tərəfinin çox illik axmaqlığı və sərsəmliyi üzündən baş verdiyini bildirib.

“Rusiya ilə münasibətlərimiz uzun illər ABŞ-ın ağılsızlığı və axmaqlığı sayəsində daha da pisləşib və indi də bu qarı ovu” – Tramp Twitter hesabında yazıb.

 

ABŞ prezidenti bununla sələfi Barak Obama administrasiyasını ittiham edib.

Trampın Helsinkidə görüş günü bu cür bəyanatla çıxışı onun Moskvaya qarşı kompramisə gedə biləcəyinə işarədir.

 

Qeyd edək ki, İyulun 16-da Finlandiyanın paytaxtı Helsinkidə Rusiya və ABŞ prezidentlərinin görüşü keçiriləcək. Ağ Evin yaydığı məlumatda Vladimir Putin ilə Donald Trampın ikili görüşü Bakı vaxtı ilə saat 14:20-yə nəzərdə tutulub. Bundan sonra isə Bakı vaxtı ilə saat 15:50-də birgə nahar nəzərdə tutulub.

 

Əvəz ZEYNALOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir