12 dekabr 2018, Çərşənbə axşamı
Ana Səhifə - GÜNDƏM - Nazirlik Heydər Əliyev Fondunun “Regional İnkişaf” təşkilatı ilə memorandum imzaladı
Nazirlik Heydər Əliyev Fondunun “Regional İnkişaf” təşkilatı ilə memorandum imzaladı
16.07.2018, 12:49

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında özünüməşğulluq proqramının icrası sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb. Sənədi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri vəzifəsini icra edən Anar Əliyev və “Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev imzalayıblar.


Modern.az-ın məlumatına görə, A.Əliyev bildirib ki, imzalanan sənəd Prezident İlham Əliyevin sosial inkişaf kursunun yüksək səviyyədə həyata keçirilməsində Heydər Əliyev Fondunun fəal iştirakının növbəti göstəricisidir. O deyib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond yüksək humanizm təcəssümü olan təşəbbüs və layihələri ilə sosial cəhətdən həssas qrupların sosial müdafiəsinə, onların qayğı mühiti ilə əhatə olunmasına mühüm töhfələrini verir.


Fondun dəstəyi ilə nazirliyin sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində müasir tələblərə uyğun şəraitin yaradıldığını qeyd edən A.Əliyev bildirib ki, Fondun prezidenti Mehriban Əliyevanın xeyirxah missiyasının davamı olaraq, Bakıda yaradılan Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi ölkədə uşaqlar üçün yüksək standartlara uyğun reabilitasiya infrastrukturunun genişlənməsinə imkan verib. Fondun mühüm sosial layihələrindən biri də “Məzun evi” Sosial Müəssisəsidir. Müəssisədəki iki yaşayış binasında valideyn himayəsindən məhrum olmuş 243 gənc mənzillə təmin edilib.


Anar Əliyev qeyd edib ki, imzalanan Memoranduma  əsasən, Fondun “Regional İnkişaf” İB özünüməşğulluq proqramının icrasında ƏƏSMN ilə əməkdaşlıq həyata keçirməklə, intensiv meyvə bağlarının, tərəvəz və bostançılıq təsərrüfatlarının yaradılmasına öz dəstəyini verəcək. Özünüməşğulluq proqramı aztəminatlı ailələr üçün kiçik ailə biznesinə çıxışın təminatı ilə yanaşı, ölkədə kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəlib. Proqramın icrasında əməkdaşlığa dair imzalanan Memorandumu digər ictimai təşkilatlar, biznes qurumları üçün bu sahədə birgə fəaliyyətə təşviq baxımından bir nümunə kimi də dəyərləndirmək olar. Nazirlik özünüməşğulluq proqramının icrası və genişləndirilməsi işlərində digər tərəfləri də əməkdaşlığa, birgə fəaliyyətə dəvət edir və buna hazırdır.


“Regional İnkişaf” İB-nin sədri Məhəmməd Abdullayev vurğulayıb ki, Heydər Əliyev Fondu yarandığı gündən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında ölkəmizin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşdırılmasına dəstək verən, eləcə də tariximizin, mədəniyyətimizin, incəsənətimizin, Azərbaycan həqiqətlərinin bütün dünyada tanıdılması istiqamətində müxtəlif proqram və layihələr reallaşdırır. Digər sahələrlə yanaşı, sosial məsələlərin həllinə, sosial cəhətdən həssas qrupların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirlərinə də dəstək verilməsi üçün Fond tərəfindən ardıcıl və əhatəli layihələr, proqramlar həyata keçirilir.


Heydər Əliyev Fondunun fiziki qüsurlu  və sağlamlıq imkanları məhdud şəxslərə, sosial müdafiəyə ehtiyacı olan digər vətəndaşlara dəstək istiqamətində həyata keçirdiyi layihələri diqqətə çatdıran  M.Abdullayev  Fondun təsis etdiyi “Regional İnkişaf” İB barədə də məlumat verib. O deyib ki, fəaliyyəti dövründə Birlik vətəndaşların mürasiətləri əsasında respublikanın regionlarında sosial, səhiyyə, təhsil, turizm, ekologiya və digər istiqamətlərdə çoxsaylı layihələr həyata keçirib.


Bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və müvafiq qurumların dəstəyi ilə regionlarda aztəminatlı və şəhid ailələri üçün salınmış meyvə bağları özünüməşğulluğun təmin edilməsi və həmin ailələrin maddi rifahlarının yaxşılaşdırılmasında mühüm rol oynayır. Hazırda ƏƏSMN ilə imzalanan əməkdaşlıq Memorandumu da özünüməşğulluğa dəstək istiqamətində fəaliyyəti genişləndirməyə, regionlarda “Sosial bağlar” layihəsinin birgə həyata keçirilməsinə imkan verir. 


Qeyd edək ki, Memorandum çərçivəsində regionlarda 125 ailə üçün intensiv meyvə bağlarının, tərəvəz və bostançılıq təsərrüfatlarının yaradılması nəzərdə tutulur. Həmin ailələr üçün qeyd olunan təsərrüfatlar yaradılmaqla yanaşı, “Regional İnkişaf” İB tərəfindən onlara aqrotexniki qulluq, təlimləndirmə, logistika və hazır məhsulun marketinqinin təşkilində, ailələrin bu təsərrüfatlardan əldə edəcəkləri gəlirlərin istehsalın inkişafına yönəltmələri üzrə onlara təkliflərin verilməsində və digər istiqamətlərdə dəstək göstəriləcək.  

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Facebook-un binasında bomba TƏHLÜKƏSİ
12.12.2018, 10:04

Facebook-un binasında bomba TƏHLÜKƏSİ

Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi
12.12.2018, 10:03

Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi

Tramp: “İmpiçment olsam, xalq üsyan edəcək”
12.12.2018, 09:59

Tramp: “İmpiçment olsam, xalq üsyan edəcək”

Heydər Əliyev baş redaktorlara nə demişdi..?
12.12.2018, 09:50

Heydər Əliyev baş redaktorlara nə demişdi..?

Azərbaycanda Böyük Britaniya məzunlarının mükafatlandırılması mərasimi keçirilib
12.12.2018, 09:48

Azərbaycanda Böyük Britaniya məzunlarının mükafatlandırılması mərasimi keçirilib

Beyləqanda yanğın, bir nəfər xəsarət aldı
12.12.2018, 09:46

Beyləqanda yanğın, bir nəfər xəsarət aldı

Ermənilər cəbhədə təxribatlara davam etdi
12.12.2018, 09:42

Ermənilər cəbhədə təxribatlara davam etdi

Heydər Əliyevin anım günüdür - FOTOLAR
12.12.2018, 09:40

Heydər Əliyevin anım günüdür - FOTOLAR

Çempionlar Liqasında qrup mərhələsi bu gün yekunlaşır - TƏQVİM   
12.12.2018, 09:06

Çempionlar Liqasında qrup mərhələsi bu gün yekunlaşır - TƏQVİM  

Çempionlar Liqasında 6-cı tur - “Qalarasaray” qismən xilas oldu - NƏTİCƏLƏR  
12.12.2018, 09:01

Çempionlar Liqasında 6-cı tur - “Qalarasaray” qismən xilas oldu - NƏTİCƏLƏR  

Strasburqda atışma - 3 ölü, 12 yaralı - YENİLƏNİB
12.12.2018, 08:51

Strasburqda atışma - 3 ölü, 12 yaralı - YENİLƏNİB

İsgəndər Həmidovun “Müxalifət zirvəsi” təklifi birmənalı qarşılanmadı - Kimlər qarşı çıxdı...   
12.12.2018, 08:44

İsgəndər Həmidovun “Müxalifət zirvəsi” təklifi birmənalı qarşılanmadı - Kimlər qarşı çıxdı...  

Mənim kəndim: “Qarabağlar”dan çıxmış jurnalistin kövrək xatirələri - LAYİHƏ + FOTOLAR   
12.12.2018, 08:30

Mənim kəndim: “Qarabağlar”dan çıxmış jurnalistin kövrək xatirələri - LAYİHƏ + FOTOLAR  

Milli Onkologiya Mərkəzi, Milli Azərbaycan Tarixi Muzeyi... - “Milli” sözünü bu adlara niyə qoşublar?..
12.12.2018, 08:23

Milli Onkologiya Mərkəzi, Milli Azərbaycan Tarixi Muzeyi... - “Milli” sözünü bu adlara niyə qoşublar?..

Tükənməz intellekt və mənəviyyat dəryası
12.12.2018, 08:13

Tükənməz intellekt və mənəviyyat dəryası

Manat və dolların bugünkü MƏZƏNNƏSİ
12.12.2018, 08:05

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

Çaylarda suyun səviyyəsi dəyişdi
11.12.2018, 23:38

Çaylarda suyun səviyyəsi dəyişdi

ATƏT PA-nın sədri: "Təcavüzkara qarşı ciddi sanksiyalar tətbiq olunmalıdır"
11.12.2018, 23:07

ATƏT PA-nın sədri: "Təcavüzkara qarşı ciddi sanksiyalar tətbiq olunmalıdır"

Gəncədə məktəbin zirzəmisindən 161 patron tapıldı
11.12.2018, 22:04

Gəncədə məktəbin zirzəmisindən 161 patron tapıldı

Vahid Ələkbərovun seksist olduğu üzə çıxdı
11.12.2018, 20:49

Vahid Ələkbərovun seksist olduğu üzə çıxdı

“Əbədi məşəl”in divarına dırmaşan gənc kimdir? - Polisə müraciət olunacaq
11.12.2018, 20:43

“Əbədi məşəl”in divarına dırmaşan gənc kimdir? - Polisə müraciət olunacaq

Əfqanıstanda TERROR: 12 ölü
11.12.2018, 20:07

Əfqanıstanda TERROR: 12 ölü

Bakıda daha bir piyada ÖLÜMÜ
11.12.2018, 20:05

Bakıda daha bir piyada ÖLÜMÜ

Sabah Rusiya Baş Qərargah rəisi ilə NATO generalı Bakıda GÖRÜŞƏCƏK
11.12.2018, 19:41

Sabah Rusiya Baş Qərargah rəisi ilə NATO generalı Bakıda GÖRÜŞƏCƏK

Heydər Əliyev ideyaları: uğurlarımızın qarantı
11.12.2018, 19:31

Heydər Əliyev ideyaları: uğurlarımızın qarantı

İlham Əliyev NATO komandanını qəbul etdi
11.12.2018, 19:28

İlham Əliyev NATO komandanını qəbul etdi

7-ci sinif şagirdi ilə evlənən Mirismayıl müəllim işləməyib
11.12.2018, 19:15

7-ci sinif şagirdi ilə evlənən Mirismayıl müəllim işləməyib

“Novo Nordisk” Qarabağa dərman ixrac etməyib
11.12.2018, 19:07

“Novo Nordisk” Qarabağa dərman ixrac etməyib

Türkiyədə polis rəisi güllələnib öldürüldü - 2 nəfər yaralandı
11.12.2018, 18:34

Türkiyədə polis rəisi güllələnib öldürüldü - 2 nəfər yaralandı

Dəmir yolu xəttinin tikintisinə 30 milyon manat ayrıldı
11.12.2018, 18:22

Dəmir yolu xəttinin tikintisinə 30 milyon manat ayrıldı

Azərbaycan qanunlarını pozan əcnəbilər barədə qərar verilib  
11.12.2018, 18:07

Azərbaycan qanunlarını pozan əcnəbilər barədə qərar verilib  

Bir qrup jurnalist “İlin adamı” elan edildi
11.12.2018, 18:00

Bir qrup jurnalist “İlin adamı” elan edildi

Zərərvericilərə qarşı nəzarət tədbirləri gücləndirilib
11.12.2018, 17:42

Zərərvericilərə qarşı nəzarət tədbirləri gücləndirilib

Jurnalistin atasını öldürən sürücünün məhkəməsi davam etdi - Şahidlər DANIŞDI   
11.12.2018, 17:41

Jurnalistin atasını öldürən sürücünün məhkəməsi davam etdi - Şahidlər DANIŞDI  

Rusiyalı hərbçi Ermənistanda qətl törətdi
11.12.2018, 17:31

Rusiyalı hərbçi Ermənistanda qətl törətdi

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək   
11.12.2018, 17:24

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək  

“Bakcell”dən abunəçilərə möhtəşəm Yeni İl HƏDİYYƏSİ
11.12.2018, 17:10

“Bakcell”dən abunəçilərə möhtəşəm Yeni İl HƏDİYYƏSİ

Azərbaycanlı deputatlar Vyetnamda - FOTO   
11.12.2018, 17:06

Azərbaycanlı deputatlar Vyetnamda - FOTO  

“Mercedes”in vurduğu piyada öldü - BAKIDA
11.12.2018, 16:56

“Mercedes”in vurduğu piyada öldü - BAKIDA

Akif Nağı: “Qarabağ mitinqinin məqsədini başa düşmək istəmirlər”   
11.12.2018, 16:51

Akif Nağı: “Qarabağ mitinqinin məqsədini başa düşmək istəmirlər”   

Fransada etiraz aksiyaları səngimir
11.12.2018, 16:51

Fransada etiraz aksiyaları səngimir

İlhamə Quliyevanın oğlu azadlığa buraxıldı
11.12.2018, 16:47

İlhamə Quliyevanın oğlu azadlığa buraxıldı

“SABAH” qrupları Təhsil fakültəsi yeni layihəyə başlayıb
11.12.2018, 16:41

“SABAH” qrupları Təhsil fakültəsi yeni layihəyə başlayıb

İlqar Məmmədovun evini yardılar
11.12.2018, 16:30

İlqar Məmmədovun evini yardılar

YAP Gəncə şəhər təşkilatında Heydər Əliyevin xatirəsi anılıb
11.12.2018, 16:20

YAP Gəncə şəhər təşkilatında Heydər Əliyevin xatirəsi anılıb

Heydər Əliyev babasının məzarını ziyarət etdi - VİDEO   
11.12.2018, 16:19

Heydər Əliyev babasının məzarını ziyarət etdi - VİDEO  

UNEC-də Heydər Əliyevin anım gününü qeyd olunub
11.12.2018, 16:13

UNEC-də Heydər Əliyevin anım gününü qeyd olunub

Rövşən Rzayev köçkünləri qəbul etdi
11.12.2018, 16:12

Rövşən Rzayev köçkünləri qəbul etdi

Orta məktəbin həyətində 2 ədəd mina tapıldı
11.12.2018, 16:08

Orta məktəbin həyətində 2 ədəd mina tapıldı

Dünyanın ən zəngin azərbaycanlısı öz varisi barədə DANIŞDI
11.12.2018, 15:48

Dünyanın ən zəngin azərbaycanlısı öz varisi barədə DANIŞDI

ARXİV