Modern.az

Putin-Tramp görüşü başladı

Putin-Tramp görüşü başladı

16 İyul 2018, 14:32

ABŞ prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putin arasında çoxdan gözlənilən ikitərəfli görüş başlayıb.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu tarixi görüşdə ABŞ-a ekstradisiya olunacaq 12 Rusiya vətəndaşı məsələsindən, Suriya məsələsinə kimi bütün məsələlərin müzakirəsi gözlənilir.

Görüş Finlandiya prezident sarayının qotik zalında keçiriləcək. əvvəlcə prezidentlər “Sarı zal”da şəkil çəkdirəcək və görüş üçün əsas zala keçəcəklər.

 

Görüş zamanı müzakirə olunacaq mövzuların sırasını prezidentlər özləri müəyyən edəcəklər.

ABŞ prezidenti Donald Tramp CBS kanalına müsahibəsində seçkilərə müdaxilədə ittiham olunacaq 12 Rusiya vətəndaşının ekstradisiyasını istəyəcəyini bildirib.

 

Ümumiyyətlə prezidentlərin Suriya münaqişəsi, İranın nüvə razılaşması, nüvə silahlarının və raketlərinin məhvi məsələləri və s kimi ciddi problemləri müzakirə edəcəkləri gözlənilir.

 

Qeyd edək ki, bu görüş heç bir forum, və ya sammit daxilində olmadan uzun illər sonra Rusiya və ABŞ prezidentləri arasında ikitərəfli formatda keçirilmiş tarixi bir görüşdür. Görüş kiçik heyətlə iki prezidentin birbaşa müzakirəsi formatında keçirilir.

 

Əvəz ZEYNALOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub