Modern.az

700 bal toplayanlar bir “klub”da toplaşacaqlar – AzEdu.az-dan yeni layihə

700 bal toplayanlar bir “klub”da toplaşacaqlar – AzEdu.az-dan yeni layihə

16 İyul 2018, 14:37

AzEdu.az təhsil portalı daha bir maraqlı  layihəyə start verir.  Yeni layihəyə əsasən, Azərbaycan Təhsil Portalı tərəfindən ali təhsil müəssisələrinə qəbul imtahanlarında maksimum nəticə göstərən tələbə və məzunlardan ibarət “700-lərin AzEdu Klubu” yaradılıb. Missiyamız 700 bal toplayan tələbə və məzunları bir araya toplayaraq, abituriyentlərə, şagirdlərə onların təcrübəsindən maksimum yararlanmaq imkanı yaratmaq, vunderkindlərlə abituriyentlərin mütəmadi əlaqəsini təmin etməkdir.

Siz də Facebook sosial şəbəkəsi üzərindən “700-lərin AzEdu Klubu” adlı yeni yaradılan səhifəyə qoşula  və maksimum nəticə göstərən gənclərimizin təcrübələrindən yararlana bilərsiniz.

Həmçinin, “700-lərə” ünvanlayacağınız suallar, maraqlandığınız məsələlər həmən klub üzvlərinə çatdırılacaq.

Xatırladaq ki, indiyədək 90-a yaxın tələbə qəbul imtahanlarında maksimum nəticə göstərib. Şagird və abituriyentlər xaricdə təhsil, dil öyrənmək, dünyagörüşü və digər  məsələlərlə bağlı bu şəxslərlə mütəmadi münasibət qura biləcəklər.

"700-lərin AzEdu Klubu" səhifəsinə keçid linki:

//www.facebook.com/700-l%C9%99rin-AzEdu-KLUBU-537300736685514/

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?