Modern.az

Azərbaycanlı gənclər üçün Gülhanə Tibb Fakültəsinə kursant qəbulu elan edildi  

Azərbaycanlı gənclər üçün Gülhanə Tibb Fakültəsinə kursant qəbulu elan edildi  

Aktual

16 İyul 2018, 15:06

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi təhsil sahəsində bağlanmış müqaviləyə əsasən, 2018/2019-cu tədris ilində Türkiyə Respublikasının Tibb Elmləri Universitetinin Gülhanə Tibb Fakültəsinə kursantların qəbulu üçün müsabiqə elan olunur.


Dövlət İmtahan Mərkəzindən Modern.az-a bildirilib ki, müsabiqədə 2018-ci ildə IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 600 və daha yuxarı bal toplamış, 19 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər. Müsabiqə əsasında 36 (otuz altı) nəfərin siyahısı müəyyənləşdirilərək seçim üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə  təqdim olunacaq. Seçim zamanı uğur qazanmış 12 nəfər namizədin Gülhanə Tibb Fakültəsində təhsil almağa göndərilməsi planlaşdırılır.


Gülhanə Tibb Fakültəsində təhsil müddəti 6 ildir. Kursantlar təhsil müddətində dövlət təminatında olurlar. Fakültədən xaric edilən kursantlar geri qaytarılır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılırlar.


Müsabiqədə iştirak etmək istəyənlər iyulun 25-dək Dövlət İmtahan Mərkəzinə (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M) müraciət etməlidirlər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar