11 dekabr 2018, Çərşənbə
Ana Səhifə - GÜNDƏM - “Ermənilər Gəncə hadisələrinə özlərinin sanki nicat yolu kimi baxırdılar”- MÜSAHİBƏ
“Ermənilər Gəncə hadisələrinə özlərinin sanki nicat yolu kimi baxırdılar”- MÜSAHİBƏ
16.07.2018, 15:29

ATƏT Parlament Assambleyasının vitse-prezidenti, millət vəkili Azay Quliyev müsahibə Trend-ə müsahibə verib.

 

Modern.az müsahibəni təqdim edir. 

 

- Azay müəllim, Siz iyulun 5-dən 13-nə kimi Almaniyanın paytaxtı Berlin şəhərində səfərdə oldunuz. Bizdə olan məlumata görə, səfər çərçivəsində ATƏT Parlament Assambleyasının 27-ci illik sessiyasında iştirakla yanaşı, sessiyadan əvvəl və sonra bir sıra görüşlər keçirmiş və tədbirlərə qatılmısınız. İlk növbədə, bu görüşlər və tədbirlər barədə məlumat verərdiniz, sonra isə biz illik sessiya barədə söhbətimizi davam etdirək.

- Doğrudur, 5-6 iyulda Berlində bir sıra hökumət və parlament rəsmiləri ilə ikitərəfli görüşüm oldu və ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edən bir sıra məsələləri müzakirə etdik. Keçirilən görüşlər mətbuata qapalı olduğundan bu barədə ətraflı məlumat vermək istəməzdim. Yalnız bu görüşlərin faydalı olduğunu və orada müzakirə olunan məsələlərə Almaniya tərəfinin anlayışlı və müsbət münasibətini qeyd edə bilərəm.

Bundan başqa, ATƏT PA-nın illik sessiyası başa çatdıqdan dərhal sonra Almaniyanın 3 il bundan əvvəl təşəbbüsü və ATƏT PA-nın təşkilati dəstəyi ilə ənənəvi olaraq keçirilən “Laynsvayler seminarı”na qatıldım. 11-12 iyulda baş tutan iki günlük seminarda 12 ölkədən 20 deputat, ATƏT PA-nın prezidenti və baş katibi daxil olmaqla, 7 nəfər büro üzvü də iştirak edirdi. “Ən yaxşı təcrübəni bölüşmək və milli azlıqların hüquqlarını qorumaqla etnik münaqişələrin qarşısını necə almaq olar” mövzusuna həsr olunmuş seminarda çox maraqlı təqdimatlar və müzakirələr oldu.

Azərbaycan üçün önəmli təqdimatlardan biri “Münaqişələrin həllində Aland adaları təcrübəsi” idi. İsveç və Finlandiyanın parlament üzvlərinin təxminən 100 il bundan öncə hər iki ölkə arasında böyük bir münaqişəyə çevrilmiş Aland adaları məsələsini sülh yolu ilə necə həll etdiklərini bizə danışdılar. Bilirsiniz ki, o zaman adada referendum keçirilmiş və isveçdilli əhali 95% səslə adanın İsveçə birləşdirilməsinə səs vermişdi. Finlandiya da öz növbəsində, səsvermənin legitimliyini şübhə altına alaraq Millətlər Liqasına şikayət etmiş və Millətlər Liqasının müdaxiləsindən sonra Aland adalarına Finlandiyanın tərkibində yüksək muxtariyyət verilmiş, sonda İsveç də bunu qəbul etmişdi. Həm İsveç hökuməti və xalqının, həm də Finlandiya hökuməti və xalqının müdrikliyi və uzaqgörənliyi sayəsində münaqişə qanlı mərhələyə keçməmiş və sülh yolu həll olunmuşdu. İndiyə kimi hər iki tərəf qəbul olunmuş anlaşmaya əməl edir və məmnun görünür.

Bir sıra ümumi oxşarlıqları nəzərə alaraq, Aland adaları təcrübəsini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də tətbiq etmək mümkündür. Bu fikri mən Ermənistan nümayəndələrinin daxil olduğu seminar iştirakçılarının diqqətinə çatdırdım və təklif etdim ki, gələn il “Laynsvayler seminarı”nı məhz bu mövzuya həsr edək. Təklif ümumən bəyənildi və əgər hər hansı bir kənar müdaxilə olmasa, bu tədbiri gələn il Laynsvaylerin özündə təşkil edəcəyik.

- İndi də keçək ATƏT PA-nın 27-ci illik sessiyasının gedişinə, orada qəbul olunan qərarlara. Ümumiyyətlə, Berlin sessiyası nə ilə yadda qaldı?

- İlk növbədə onu deyim ki, Berlin sessiyası çox önəmli bir mövzuya - “ATƏT öhdəliklərinin icrası: Parlamentlərin rolu” mövzusuna həsr olunmuşdu. Azərbaycan nümayəndə heyəti olaraq, başda Bahar Muradova olmaqla, bütün müzakirə olunan məsələlərdə fəal iştirak etdik və ölkəmizin maraqlarını maksimum müdafiə etməyə çalışdıq.

Bilirsiniz ki, ATƏT öhdəliklərinin icrası məsələsi daima Azərbaycan üçün aktual olub və biz hər zaman bir çox ATƏT öhdəliklərinin yerinə yetirilməməsindən, qəbul olunan qərarların kağız üzərində qalmasından ciddi narahatlığımızı ifadə etmişik. Bu baxımdan Berlin sessiyası bizim üçün xüsusi əhəmiyyət kəsb edirdi.

Qısa olaraq onu deyim ki, 27-ci sessiya ATƏT ərazisində olan bütün problemlərə və çağırışlara kompleks və obyektiv yanaşma sərgiləyə bildi. Yekun olaraq qəbul etdiyimiz Berlin Bəyannaməsində münaqişələr, beynəlxalq terrorizm, silahlara nəzarət, nüvəsizləşdirmə, miqrasiya, qaçqın və məcburi köçkün, insan hüquqları, milli azlıqlar və digər bu kimi problemli məsələlərin həllində qanunvericilik hakimiyyəti ilə icra hakimiyyətinin vahid platformadan çıxış etməsi və birgə səylərinin artırılması haqqında razılığa gəlindi. Berlin Bəyannaməsi ATƏT-in Nazirlər Şurasına baxılmaq üçün göndərildi. Ümid edirəm ki, bu ilin dekabrında Milanda bir araya gələn ATƏT-ə üzv olan ölkələrin xarici işlər nazirləri Parlament Assambleyasının qəbul etdiyi qərarlara və tövsiyələrə adekvat yanaşacaq və mümkün qədər onları nəzərə alacaq.

- Sessiya çərçivəsində ATƏT PA müəllifi olduğunuz qətnamə layihəsini müzakirə edərək yekdilliklə (Ermənistan xaric) qəbul etdi. Bəzi beynəlxalq təşkilatlarda ölkəmizə qarşı qərəzli yanaşmanın və “qarayaxma kampaniyası”nın davam etdiyi bir vaxtda bunu Azərbaycanın ciddi uğuru hesab etmək olar. Qətnamə Azərbaycana nə verəcək?

- Bilirsiniz ki, ötən il iyulun 8-də Minksdə “ATƏT PA-da İpək Yoluna Dəstək Qrupu”nun yaradılması haqqında irəli sürdüyüm təşəbbüs 17 ölkə tərəfindən dəstəkləndi və belə qrup təsis edildi. Qrup yaranandan sonra növbəti əsas vəzifə onun dayaqlarını möhkəmləndirmək, qrupa Parlament Assambleyası səviyyəsində rəsmi dəstəyi təmin etmək və bu barədə ayrıca bir qətnamənin qəbul olunmasına nail olmaqdan ibarət idi. Bu kontekstdə bir məsələni ilk dəfə olaraq mətbuata açıqlamaq istərdim. Qrup yaranandan dərhal sonra Ermənistan və onun havadarları qrupun əleyhinə işlər aparmağa və onun legitimliyini zədələməyə çalışdılar, hətta ATƏT PA-nın prezidenti və baş katibinə məndən şikayət də etdilər. Onları narahat edən o idi ki, niyə qrupun əsasnaməsində yeni üzvlərin qəbulu üçün “Helsinki prinsiplərinə, xüsusilə ölkələrin ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət edən ölkələr üzvlüyə qəbul oluna bilər” müddəası əsas müddəa kimi əks olunub. Yəni işğalçı Ermənistan başa düşür ki, o bu müddəlara əməl etmədiyinə görə İpək Yolu Qrupuna daxil olmaq şansı sıfırdır. Ona görə də Ermənistan və onun kimi düşünən bəzi ölkələr qrupa qarşı ciddi iş aparırdılar.

Buna görə də gələcəkdə mümkün destruktiv addımların qarşısını almaq, İpək Yolu Qrupuna davamlı siyasi dəstəyi təmin etmək, eyni zamanda Azərbaycanın qədim İpək Yolunun bərpası istiqamətində irəli sürdüyü çoxsaylı təşəbbüsləri dəstəkləmək məqsədilə tərəfimdən hazırlanan “Nəqliyyat yolları və dəhlizlərinin inkişafı, o cümlədən tarixi İpək Yolunun bərpası vasitəsilə ATƏT regionunda əlaqəliliyin təşviqi” adlı qətnamə layihəsi ATƏT PA-nın Berlin sessiyasına təqdim edildi. Sevindirici haldır ki, Ermənistandan başqa bütün ölkələr tərəfindən qətnamə layihəsi yekdilliklə dəstəkləndi və Berlin Bəyannaməsinə daxil edildi. Qətnamə bütövlükdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müəllifi olduğu bütün regional nəqliyyat və tranzit layihələrini, xüsusilə “Şərq-Qərb və Şimal-Cənub” ticarət və nəqliyyat dəhlizlərini tam olaraq dəstəkləyir, Çinin müəllifi və Azərbaycanın da maraqlı olduğu “Bir kəmər, Bir Xətt” təşəbbüsünün əhəmiyyətini vurğulayır, ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun yaranmasını alqışlayır və qrupa tam dəstəyini ifadə edir. Bundan başqa, qətnaməyə işğalçı Ermənistan tərəfindən bir sıra düzəlişlər təklif edildi. Düzəlişlərin əsas mahiyyəti Ermənistanın düşdüyü izolyasiyadan və özünütəcriddən çıxması üçün müəyyən əsaslar yaratmaqdan ibarət idi, lakin mən buna etiraz etdim və onların heç bir düzəlişi qəbul olunmadı. Sonda isə sənəd bütövlükdə səsə qoyularaq qəbul edildi.

Hesab edirəm ki, ATƏT PA-da belə bir mühüm qətnamənin qəbulu ilk növbədə cənab Prezident İlham Əliyevin həyata keçirdiyi çoxvektorlu siyasətin, Azərbaycan diplomatiyasının uğuru, etirafı və dəstəklənməsidir.

- Azay müəllim, Berlində həm də rəhbərlik etdiyiniz “ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupu”nun növbəti iclası olub və bildiyimiz qədər orada da maraqlı qərarlar qəbul olunub. Bu qərarlar hansılardır?

- İyulun 8-də Berlində İpək Yolu Qrupunun növbəti iclası keçirildi və qeyd etdiyiniz kimi, bir sıra vacib qərarlar qəbul edildi. İlk növbədə onu deyim ki, həmin gün Qrupun yaradılmasının 1 ili tamam olurdu və biz bu əlamətdar günü təntənəli şəkildə qeyd etdik.

Bundan başqa, Fransanın üzvlük haqqında müraciətinə baxıldı və Fransa konsensusla üzvlüyə qəbul edildi. Beləliklə, üzv ölkələrin sayı 23-ə çatdı.

Təşkilati məsələlər çərçivəsində İsveçrənin nümayəndə heyətinin üzvü və ATƏT PA-nın Təhlükəsizlik və siyasi məsələlər komitəsinin sədri Filippo Lombardi və Avstriyadan olan deputat Roman Hayder qrupun sədr müavinləri seçildilər.

Önəmli qərarlardan biri də o oldu ki, İpək Yolu Qrupunun 2019-cu il üzrə tədbirlər planı təsdiq edildi, Belarus və İsveçrə parlamentlərinin müraciətləri nəzərə alınaraq, müvafiq olaraq gələn ilin aprel və sentyabr aylarında bu ölkələrdə müxtəlif mövzularda beynəlxalq konfransların keçirilməsi haqqında qərar qəbul edildi.

Bundan başqa, ilk dəfə idi ki, Rusiya nümayəndə heyəti qrupun işinə maraq göstərərək Berlin iclasında müşahidəçi qismində iştirak etdi. Ümumiyyətlə, Berlində keçirilən iclası və qəbul olunan qərarları çox yüksək qiymətləndirirəm və bütün bunları Qrupun fəaliyyətinə və missiyasına artan marağın təzahürü hesab edirəm.

- Son sualı vermək istərdim. Bir müddətdir ölkə gündəliyini zəbt edən və dövlətçiliyimiz əleyhinə yönələn Gəncə hadisələri ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı.

- Bu terror hadisəsi haqqında Berlində olarkən mətbuatdan öyrəndik və çox böyük üzüntü və narahatlıqla qarşıladıq. İstər Gəncənin icra başçısı Elmar Vəliyevə atılmış güllə, istərsə də iki polis polkovnikimizin xəncərlənərək şəhid edilməsi Azərbaycanın dövlətçiliyinə, milli maraqlarına, inkişafına, sabitliyinə və nəhayət, Qarabağ uğrunda apardığı qanlı mücadiləyə atılan güllə, arxadan vurulan xəncər idi. Bunun başqa adı yoxdur.

Bu terrorun kənardan idarə olunduğu, milli maraqlarımızın qorunması və təminatında dövlətimizin sərgilədiyi prinsipial və dönməz siyasətin sarsılması üçün həyata keçirilməsi də heç kimdə şübhə doğurmur. Bu hadisənin müqəddəs İslam dininə və bu dinə həqiqi bağlı olan müsəlmanlara heç bir aidiyyəti yoxdur. Cənab Prezident keçirdiyi müşavirədə terrorun törədilməsi səbəbi və onun arxasında duran məkirli qüvvələr haqqında ciddi mesajlar verdi. Əminəm ki, istintaq qısa müddətdə terror hadisəsini törətmiş cinayətkarları və onların xarici sifarişçilərini aşkarladığı kimi, digər günahkarları da müəyyən edəcək. Belə bir ağır cinayət törətmiş şəxslər qanunun bütün sərtliyi ilə layiq olduğu cəzalarını alacaqlar.

Bu gün Azərbaycanda sabitliyin pozulması və hər hansı bir qarşıdurmanın olması yalnız Ermənistanın marağındadır və onun xeyrinədir. 1988-1993-cü illərdə torpaqlarımızın işğal edilməsinin əsas səbəblərindən biri də məhz həmin dövrdə ölkədə hökm sürən anarxiya və siyasi sabitliyin olmaması idi. Biz o dövrü yaxşı xatırlayırıq və hələ də unutmamışıq. Təəssüflər olsun ki, indi də buna cəhd edən və 90-cı illərin əvvəllərində baş vermiş mənfi halların təkrarlanmasında maraqlı olan qüvvələr var.

Yeri gəlmişkən, bu hadisəyə ermənilərin reaksiyası da çox düşündürücü idi. Belə ki, Gəncədə iki polis polkovnikinin şəhid edildiyi günün sabahısı, yəni iyulun 11-də Berlində Ermənistan nümayəndə heyətinin üzvü mənə yaxınlaşaraq Gəncə hadisələri ilə maraqlandı. Elə bil bu adam bir gün öncə Azərbaycan Ordusunun gücündən və aldığı silahların Ermənistan üçün ağır nəticələr verə biləcəyindən qorxu və səksəkə ilə danışan, Azərbaycandan ATƏT-ə şikayət edən erməni nümayəndə heyətinin üzvü deyildi. Mən onun gözlərində bu terror hadisəsinin Azərbaycanda qarışıqlığın, Ermənistanda isə sanki nicat yolunun başlanğıcı olduğu ilə əlaqədar sevinc hissini gördüm. O, sevinc hissini heç gizlətmirdi və bu hadisədən çox məmnun görünürdü.

Azərbaycan xalqı, ictimaiyyəti həmişə olduğu kimi, bu dəfə də dövlətimizə sədaqət nümayiş etdirdilər və cinayətkarların tutulması və zərərsizləşdirilməsində üzərilərinə düşən vəzifəni layiqincə yerinə yetirdilər. Təmizləmə işi bu gün də hüquq-mühafizə orqanları tərəfindən uğurla davam etdirilir və əminəm ki, dövlətimizə arxadan zərbə vurmaq istəyənlərin niyyəti və planı indiyədək olduğu kimi bundan sonra da puç olacaq.

Mən fürsətdən istifadə edib Elmar Vəliyevə tezliklə sağalmağı arzulayır, iki şəhid polis polkovnikimizə isə Allahdan rəhmət diləyirəm.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Şabranda evdən 2900 manat oğurlanıb
11.12.2018, 00:27

Şabranda evdən 2900 manat oğurlanıb

Fransada fövqəladə vəziyyət elan OLUNACAQ
10.12.2018, 23:45

Fransada fövqəladə vəziyyət elan OLUNACAQ

Astarada qatar 28 yaşlı gənci vuraraq öldürüb
10.12.2018, 23:21

Astarada qatar 28 yaşlı gənci vuraraq öldürüb

Lənkəranda 46 yaşlı kişi xalasının evindən itkin düşdü
10.12.2018, 23:11

Lənkəranda 46 yaşlı kişi xalasının evindən itkin düşdü

Fransada gürcü, azərbaycanlı və ermənilərin təmsil olunduğu cinayətkar qruplaşmanın üvzləri saxlanılıb 
10.12.2018, 22:30

Fransada gürcü, azərbaycanlı və ermənilərin təmsil olunduğu cinayətkar qruplaşmanın üvzləri saxlanılıb 

Azərbaycanda qızıl və gümüş bahalaşdı
10.12.2018, 22:07

Azərbaycanda qızıl və gümüş bahalaşdı

Sabunçuda mənzildən qadın meyiti tapıldı
10.12.2018, 21:39

Sabunçuda mənzildən qadın meyiti tapıldı

Bu şəxslərin maaşı artdı
10.12.2018, 21:21

Bu şəxslərin maaşı artdı

Novxanıda iki avtomobil toqquşdu, ölən və xəsarət alanlar var
10.12.2018, 20:58

Novxanıda iki avtomobil toqquşdu, ölən və xəsarət alanlar var

Səudiyyə Qaşıqçının qatillərini Türkiyəyə vermədi
10.12.2018, 20:45

Səudiyyə Qaşıqçının qatillərini Türkiyəyə vermədi

İstanbulda “İrəvan-gizlədilmiş həqiqətlər“ sənədli filmi nümayiş olunub - FOTOLAR
10.12.2018, 20:43

İstanbulda “İrəvan-gizlədilmiş həqiqətlər“ sənədli filmi nümayiş olunub - FOTOLAR

Qubada orta məktəbdə baş verən yanğın söndürülüb
10.12.2018, 20:40

Qubada orta məktəbdə baş verən yanğın söndürülüb

Paşinyan: “Ermənistan NATO üzvlüyünə can atmır”
10.12.2018, 20:34

Paşinyan: “Ermənistan NATO üzvlüyünə can atmır”

Qar ABŞ-ı “dondurdu” - 276 min adam işıqsızdı
10.12.2018, 20:19

Qar ABŞ-ı “dondurdu” - 276 min adam işıqsızdı

Naxçıvanda döyüş atışlı taktiki-xüsusi təlimlər keçirilib - FOTOLAR
10.12.2018, 19:45

Naxçıvanda döyüş atışlı taktiki-xüsusi təlimlər keçirilib - FOTOLAR

Aeroport yolunda nəqliyyatın sıxlığı müşahidə edilir - BNA
10.12.2018, 19:34

Aeroport yolunda nəqliyyatın sıxlığı müşahidə edilir - BNA

Keçmiş nazir müavini bıçaqlandı - GÜRCÜSTANDA
10.12.2018, 19:20

Keçmiş nazir müavini bıçaqlandı - GÜRCÜSTANDA

Sabunçuda 3 otaqlı ev yanıb
10.12.2018, 19:03

Sabunçuda 3 otaqlı ev yanıb

Azərbaycan nümayəndə heyəti Gürcüstan Prezidentinin inauqurasiyasında iştirak edəcək
10.12.2018, 18:55

Azərbaycan nümayəndə heyəti Gürcüstan Prezidentinin inauqurasiyasında iştirak edəcək

Xətai rayonunun bu hissələrində qaz olmayacaq
10.12.2018, 18:48

Xətai rayonunun bu hissələrində qaz olmayacaq

Qubada məktəbdə yanğın - İcra başçısı hadisə yerinə gəldi
10.12.2018, 18:40

Qubada məktəbdə yanğın - İcra başçısı hadisə yerinə gəldi

Heydər Əliyev Mərkəzində Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti incisinin təqdimatı olub - FOTO
10.12.2018, 18:33

Heydər Əliyev Mərkəzində Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti incisinin təqdimatı olub - FOTO

Daha 2 piyada yol qəzasının qurbanı oldu
10.12.2018, 18:25

Daha 2 piyada yol qəzasının qurbanı oldu

Muxtar Babayev Türkiyəli həmkarını qəbul edib
10.12.2018, 18:17

Muxtar Babayev Türkiyəli həmkarını qəbul edib

Cəlilabadda 30 yaşlı kişi xəstəxanada öldü
10.12.2018, 18:10

Cəlilabadda 30 yaşlı kişi xəstəxanada öldü

Ziyafət Əsgərov: “O saxta video - montajı onu yayanların vicdanına buraxıram”
10.12.2018, 17:59

Ziyafət Əsgərov: “O saxta video - montajı onu yayanların vicdanına buraxıram”

Braziliyadakı Azərbaycan məktəbində xeyriyyə tədbiri keçirilib
10.12.2018, 17:58

Braziliyadakı Azərbaycan məktəbində xeyriyyə tədbiri keçirilib

Prezident övladlığa götürmə ilə bağlı fərman imzaladı   
10.12.2018, 17:49

Prezident övladlığa götürmə ilə bağlı fərman imzaladı  

İlham Əliyev Burkina-Fasonun dövlət başçısını təbrik etdi
10.12.2018, 17:48

İlham Əliyev Burkina-Fasonun dövlət başçısını təbrik etdi

Sabah Bakıda Azərbaycan-Türkiyə biznes forumu keçiriləcək
10.12.2018, 17:40

Sabah Bakıda Azərbaycan-Türkiyə biznes forumu keçiriləcək

Dillər Universitetində Heydər Əliyev anıldı
10.12.2018, 17:39

Dillər Universitetində Heydər Əliyev anıldı

“Qarabağ problemi ilə bağlı dövlət qurumu yaradılsın” - Eldar Namazovun təklifinə REAKSİYA   
10.12.2018, 17:37

“Qarabağ problemi ilə bağlı dövlət qurumu yaradılsın” - Eldar Namazovun təklifinə REAKSİYA  

Elmi kadrların attestasiyasının aparılması işi təkmilləşdirilir - SƏRƏNCAM
10.12.2018, 17:31

Elmi kadrların attestasiyasının aparılması işi təkmilləşdirilir - SƏRƏNCAM

Kanada azərbaycanlıları erməni təxribatına etiraz edir
10.12.2018, 17:28

Kanada azərbaycanlıları erməni təxribatına etiraz edir

İlham Əliyev onlara fəxri adlar verdi - SİYAHI
10.12.2018, 17:24

İlham Əliyev onlara fəxri adlar verdi - SİYAHI

Vaqif Əsədov və Ceyhun Topçubaşov mükafatlandırıldı 
10.12.2018, 17:22

Vaqif Əsədov və Ceyhun Topçubaşov mükafatlandırıldı 

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
10.12.2018, 17:18

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Qaraçuxur və Əmircan susuz qalacaq
10.12.2018, 17:17

Qaraçuxur və Əmircan susuz qalacaq

Azərbaycanla Türkiyə arasında Əməkdaşlıq Protokolu imzalanıb
10.12.2018, 17:09

Azərbaycanla Türkiyə arasında Əməkdaşlıq Protokolu imzalanıb

Rusiyada Əvəz Ələkbərov və Tofiq Quliyevin müəllifi olduğu kitab çıxdı
10.12.2018, 17:07

Rusiyada Əvəz Ələkbərov və Tofiq Quliyevin müəllifi olduğu kitab çıxdı

Bakı meriyası “Qarabağ mitinqi”nə “YOX” dedi
10.12.2018, 16:52

Bakı meriyası “Qarabağ mitinqi”nə “YOX” dedi

“Nar” gənclərə karyera qurmaqda dəstək olur
10.12.2018, 16:45

“Nar” gənclərə karyera qurmaqda dəstək olur

Bosniya və Herseqovinada AXC ilə bağlı konfrans keçirildi -  FOTO
10.12.2018, 16:41

Bosniya və Herseqovinada AXC ilə bağlı konfrans keçirildi -  FOTO

Böyük Britaniya Brexit-lə bağlı səsvermə keçirməyəcək
10.12.2018, 16:41

Böyük Britaniya Brexit-lə bağlı səsvermə keçirməyəcək

110 dövlət əmlakı özəlləşdirilir
10.12.2018, 16:37

110 dövlət əmlakı özəlləşdirilir

Azərbaycanda müəllim 7-ci sinif şagirdi ilə evləndi: “Ona dərs demişəm” - VİDEO
10.12.2018, 16:30

Azərbaycanda müəllim 7-ci sinif şagirdi ilə evləndi: “Ona dərs demişəm” - VİDEO

“Bakcell”ə “Ən yaxşı təqdimat” sertifikatı verildi
10.12.2018, 16:23

“Bakcell”ə “Ən yaxşı təqdimat” sertifikatı verildi

Azercell könüllü gənclərlə həmrəy oldu
10.12.2018, 16:15

Azercell könüllü gənclərlə həmrəy oldu

Bu ölkənin prezidentini 5-ci dəfə vəzifəsindən kənarlaşdırdılar
10.12.2018, 16:07

Bu ölkənin prezidentini 5-ci dəfə vəzifəsindən kənarlaşdırdılar

Rufiz Qonaqovun kitabının təqdimatı oldu
10.12.2018, 16:07

Rufiz Qonaqovun kitabının təqdimatı oldu

ARXİV