Modern.az

Böyük Britaniya yenidən “Brexit” referendumu keçirməyəcək

Böyük Britaniya yenidən “Brexit” referendumu keçirməyəcək

Dünya

16 İyul 2018, 15:32

Böyük Britaniyada ikinci “Brexit” referendumu heç bir vəchlə keçirilə bilməz.

 

Modern.az Reuters agentliyinə istinadən xəbər verir ki, bu barədə Britaniya baş naziri Tereza Meyin mətbuat xidmətindən bildirilib.

 

Bununla da mətbuat xidməti baş nazirin sözlərini təsdiq edib.

“Britaniya cəmiyyəti Avropa Birliyini tərk etməyə səs verib. İkinci referendum olmayacaq. Heç bir halda” – Meyin mətbuat katibi bildirib.

 

Qeyd edək ki, bundan əvvəl də Britaniya baş naziri Tereza Mey ölkənin nüfuzlu Daily Mail nəşrinə verdiyi məqaləsində AB-dən çıxmağın ölkəyə verəcəyi xeyirlərdən danışıb.

 

Əvəz ZEYNALOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır