20 avqust 2018, Bazar ertəsi
Ana Səhifə - GÜNDƏM - Bakıda qanunsuz tikinti aparan MTK rəhbəri həbs olundu
Bakıda qanunsuz tikinti aparan MTK rəhbəri həbs olundu
16.07.2018, 15:41

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 4-cü mikrorayon sakinləri tərəfindən 12 iyul 2018-ci il tarixində daxil olmuş müraciətə əsasən, Komitənin əməkdaşları tərəfindən şəhərsalma nəzarəti çərçivəsində əraziyə baxış keçirilib.


Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Baş Prokurorluqdan Modern.az-a daxil olan birgə məlumatda bildirilib.

 

Qeyd  edilib ki, Bakı şəhəri, Nəsimi rayonu, 3231-ci məhəllə, Cavadxan küçəsi, 68A ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının qarşısında “Fidan” Mənzil-Tikinti Kooperativi tərəfindən tikintiyə icazə sənədi olmadan 16 mərtəbəli binanın tikintisinə hazırlıq işlərinə başlaması müəyyən edilib.

“Fidan” MTK tərəfindən təqdim olunan ərazi planlaşdırılması sənədlərinin Azərbaycan Respublikasının şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan tərtib edildiyini nəzərə alaraq və Azərbaycan Respublikası Prezidentinin 24.11.2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 5.1.2-ci bəndini rəhbər tutaraq, Komitə tərəfindən sözügedən ərazidə 16 mərtəbəli yaşayış binasının tikintisinə icazə verilməsindən imtina edilməsi ilə bağlı Bakı şəhəri İcra Hakimiyyətinə icrası məcburi olan “Göstəriş” göndərilmişdir. Eyni zamanda, hüquqpozma faktlarının araşdırılması və aidiyyəti şəxslər barəsində qanuni tədbirlərin görülməsi məqsədilə məsələ ilə bağlı Baş Prokurorluğa müraciət edilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar və kütləvi informasiya vasitələrində “Fidan” MTK-nın vəzifəli şəxslərinin çoxmənzilli binanın inşa edilməsi üçün torpaq sahəsini hasara alaraq orada qanunsuz tikinti işləri aparması ilə sakinlərin haqlı narazılığına səbəb olan qanunazidd əməlləri barədə əks etdirilmiş məlumatlar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

İlkin araşdırmalarla müəyyən edilib ki, həmin MTK-nın təsisçisi və sədri Şükürov Əli Şükür oğlu torpaq, şəhərsalma və tikinti sahəsindəki mövcud qanunvericiliyin tələblərini pozaraq 2018-ci ilin 1 iyul tarixindən etibarən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Bakı şəhəri, Nəsimi rayonu, 3231-ci məhəllə, Cavadxan küçəsi, 68A ünvanında yerləşən və dövlət mülkiyyətində olan 0,1182 hektar torpaq sahəsində özbaşına 371,3 kvadrat metr qeyri-yaşayış sahəsini söküb 1 girişli 16 mərtəbəli binanın özülü üçün qazıntı işləri aparıb.

Bununla Əli Şükürovun digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək özü və rəhbəri olduğu hüquqi şəxsin qanunsuz üstünlük əldə etməsi məqsədilə dövlətin şəhərsalma və tikinti fəaliyyəti sahəsində qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına şübhələr üçün əsaslar müəyyən edildiyindən faktla bağlı cinayət işi başlanıb.

Ə.Şükürova Cinayət Məcəlləsinin 188.2 (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə tikinti fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edərək, Azərbaycan Respublikasının şəhərsalma qanunvericiliyinin bütün tələblərinə riayət etməyə çağırır. Müvafiq icra hakimiyyəti orqanlarından tikintiyə icazə sənədi və tikinti işlərinə başlanılmasına dair xüsusi nişan alınmadan hər hansı tikinti işlərinin aparılması qadağandır və bu sahədə mövcud qanunvericiliyin tələblərini pozan şəxslərə qarşı ciddi tədbirlər görülməsi təmin ediləcək.

 

 


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“Taliban” atəşkəs elan etdi
20.08.2018, 00:52

“Taliban” atəşkəs elan etdi

Bakıda keçirilən
20.08.2018, 00:33

Bakıda keçirilən "GymBala" beynəlxalq turniri yekunlaşdı

Bu şirkət dünyada tarixi ilkə imza atacaq
20.08.2018, 00:16

Bu şirkət dünyada tarixi ilkə imza atacaq

Elmar Qasımov Avropa çempionu oldu
19.08.2018, 23:58

Elmar Qasımov Avropa çempionu oldu

Ebola bu ölkədə 49 can aldı
19.08.2018, 23:45

Ebola bu ölkədə 49 can aldı

105 yaşlı keçmiş hərbçi diplomunu 83 il sonra aldı
19.08.2018, 23:27

105 yaşlı keçmiş hərbçi diplomunu 83 il sonra aldı

Müharibənin ayırdığı qardaşlar 7 il sonra Həcc ziyarətində qarşılaşdılar - VİDEO
19.08.2018, 23:09

Müharibənin ayırdığı qardaşlar 7 il sonra Həcc ziyarətində qarşılaşdılar - VİDEO

Qəzada ana və azyaşlı oğlu xəsarət aldı
19.08.2018, 22:58

Qəzada ana və azyaşlı oğlu xəsarət aldı

Güclü zəlzələ Türkiyəni silkələdi
19.08.2018, 22:41

Güclü zəlzələ Türkiyəni silkələdi

Sərhəddə 18 kilometrlik növbə yarandı
19.08.2018, 22:15

Sərhəddə 18 kilometrlik növbə yarandı

Paşayeva Makedoniya və Koreya türkləri ilə bir arada
19.08.2018, 22:01

Paşayeva Makedoniya və Koreya türkləri ilə bir arada

Trampın müşaviri İsraildədir
19.08.2018, 21:46

Trampın müşaviri İsraildədir

“Neftçi” çempionatın lideri oldu
19.08.2018, 21:29

“Neftçi” çempionatın lideri oldu

Bakıda növbəti avtobus davası - VİDEO
19.08.2018, 21:12

Bakıda növbəti avtobus davası - VİDEO

Lənkəran sakini ot biçərkən öldü
19.08.2018, 20:47

Lənkəran sakini ot biçərkən öldü

Çində güclü qasırğa
19.08.2018, 20:32

Çində güclü qasırğa

İndoneziyanı güclü zəlzələ silkələdi
19.08.2018, 20:18

İndoneziyanı güclü zəlzələ silkələdi

Azərbaycanda benzin bahalaşdı
19.08.2018, 20:01

Azərbaycanda benzin bahalaşdı

Bərdədə inzibati binada yanğın baş verib
19.08.2018, 18:00

Bərdədə inzibati binada yanğın baş verib

"Barselona" 105 milyonluq futbolçudan imtina etdi
19.08.2018, 17:47

"Barselona" 105 milyonluq futbolçudan imtina etdi

Saatlı sakini özünü odlu silahla vuraraq intihar edib
19.08.2018, 17:30

Saatlı sakini özünü odlu silahla vuraraq intihar edib

Barda atışma - 1 nəfər ölüb, 3-ü yaralanıb
19.08.2018, 17:17

Barda atışma - 1 nəfər ölüb, 3-ü yaralanıb

Dünyanın ən bahalı avtomobili: 17,5 milyon dollar
19.08.2018, 17:00

Dünyanın ən bahalı avtomobili: 17,5 milyon dollar

Möhtəşəm ixtira: artıq sizi aldada bilməyəcəklər
19.08.2018, 16:40

Möhtəşəm ixtira: artıq sizi aldada bilməyəcəklər

Azərbaycan səmasında UNO görünüb?   
19.08.2018, 16:20

Azərbaycan səmasında UNO görünüb?  

Daha bir ölkədən Türkiyəyə dəstək      
19.08.2018, 16:04

Daha bir ölkədən Türkiyəyə dəstək    

Məşhur türkiyəli futbolçu soyuldu
19.08.2018, 15:48

Məşhur türkiyəli futbolçu soyuldu

Sabah ölkə ərazisində küləkli hava şəraiti davam edəcək
19.08.2018, 15:27

Sabah ölkə ərazisində küləkli hava şəraiti davam edəcək

23-qat olimpiya çempionu: "Güclü depressiyaya düşdüm"
19.08.2018, 15:07

23-qat olimpiya çempionu: "Güclü depressiyaya düşdüm"

Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 357 nəfərə çatıb
19.08.2018, 14:50

Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 357 nəfərə çatıb

İran turistlərin pasportlarına möhür vurmağı ləğv edir
19.08.2018, 14:39

İran turistlərin pasportlarına möhür vurmağı ləğv edir

Dəmirçi-Lahıc yolunda hərəkət tam olaraq məhdudlaşdırılıb
19.08.2018, 14:22

Dəmirçi-Lahıc yolunda hərəkət tam olaraq məhdudlaşdırılıb

Şimali Koreya icazə verdi: Yoxlayın
19.08.2018, 14:10

Şimali Koreya icazə verdi: Yoxlayın

“Taliban” Əfqanıstanın Faryab əyalətinin bir hissəsini ələ keçirdi
19.08.2018, 13:52

“Taliban” Əfqanıstanın Faryab əyalətinin bir hissəsini ələ keçirdi

ABŞ-da konsertdə konstruksiya aşdı  - 14 yaralı var
19.08.2018, 13:40

ABŞ-da konsertdə konstruksiya aşdı - 14 yaralı var

ARXİV