19 avqust 2018, Bazar
Ana Səhifə - GÜNDƏM - Cənubi koreyalılar haqda...
Cənubi koreyalılar haqda...
16.07.2018, 16:22

Moksvanın mərkəzindəki lüks restoranlardan birindəyik. İyunun 13-dü. Bu gözəl məkanda bizi “KİA Motors” şirkətinin nümayəndələri qarşılayır. Və elə bu qarşılanma mənim fikrimi bir anlıq da olsa sabah başlanacaq möhtəşəm futbol tədbiri – dünya çempionatının açılışından da, bizim kimi rəsmi ziyafətə qatılan digər qonaqlardan da ayırır. 

Son dərəcə səliqəli geyinmiş - qara kostyumlu, qırmızı qalstuklu bu cənablar Cənubi Koreyadan olan iş adamlarıdı. Sağ əllərini ürəklərinin üstünə qoyaraq qonaqlarının hər birinin qarşısında əyilib təzim edir və nəzakətlə ziyafət zalına keçməyimizi xahiş edirlər. Burada isə qonaqları vəzifəcə və statusca o cənablardan daha üstün olan başqa biri - dünyanın nəhəng avtomobil brendi “KİA”nın CEO-su və vitse-prezidenti qarşılayır. Yenə eyni qaydada, əyilib təzim etməklə...


***

Koreyalıların qonaqları qarşısında təzim etməsinin onlarda xüsusi bir ehtiram qaydası olduğunu sonradan öyrənirəm. Amma bunadək bu millət barəsində hələ Bakıda eşitdiklərimi xatırlayıram. Necə olur koreyalılar? Biz onları daha çox çalışqan, enerjili, cəfakeş insanlar kimi tanıyırıq. Danışılanlar arasında diqqətimi bir məqam daha çox çəkir. Bu gün bəzi yaşlı koreyalıların alınlarının ortalarında yanıq izinə rast gəlmək olur. Bu iz onlarda 1950-60-cı illərdən qalıb. O dövrün kasıb koreyalıları işığa həsrət qaldıqları vaxtda gecələr şam işığında, alınlarının yanması bahasına olsa belə, kitab oxuya-oxuya savadlanıb, maarifləniblər. Və zaman gəlib, həm də bu fədakarlıqları, o şam işığında özlərinə, canlarına fiziki əziyyət, həm də işgəncə verə-verə ölkələrini qaranlıqdan aydınlığa çıxarıblar. Koreya Respublikasının bu gün dünyanın iqtisadi nəhənglərindən biri olmasına artıq heç kimin şübhəsi yoxdu, ola bilməz... 

KİA-ın rəsmi ziyafətindən sonra


Sürdüyümüz brend avtomobillərdən, danışdığımız mobil telefonlara, evimizdəki televizorlara qədər və s. hamısı məhz bu xalqın, o dövlətin dünyaya bəxş etdikləridi. Amma iqtisadi tərəfdən hər nə qədər güclənsələr də, sadə ifadə etsək, bir zamanlar pul görməyib sonra varlansalar da, bu millət sadəliyini, kübarlığını, nəzakətini və istiqanlılığını qətiyyən itirməyib. Koreyalıları onları yaxından tanıyanlara sevdirən də elə bu keyfiyyətləri olub.


Gərək, qonaqpərvəliklərinə...


Koreyalılar barəsində eşidənə qədər özümüzün (həm də qonşu gürcülərin) qonağa xüsusi münasibət mənasında azsaylı örnək xalqlardan biri olduğuna şübhə yox idi. Amma demə, koreyalılar bu məsələdə belə bizi bir xeyli geridə qoyublar. Bizdə insanlar maddi imkanlarından asılı olaraq qonaq üçün 4, 5, bəzən 10 fərqli yemək hazırlaya bilərlər. Koreyalılarda isə bu rəqəm 15-20-yə çata bilər. Və onlar – sadə insanı da, yaxud varlı iş adamı, şirkəti də hər şeyin ən yüksək səviyyədə olmasına çalışırlar.


İndi də bir balaca “KİA Motors”un timsalında Koreya insanının qonağa göstərdiyi diqqəti konkret faktlarla sadalayaq.


Öncə onu qeyd edim ki, peşə fəaliyyətimlə əlaqədar indiyədək Avropanın bir çox ölkəsində fərqli dəvətlərlə səfərdə olduğumdan müqayisə etmək imkanı da rahatdı. Bu mənada, “KİA Motors”un təşkilatçılığı yaxşı mənada az-az istisnalardandı. Nədir o istisnalar?


Lap əvvəldən, təyyarədən Rusiya paytaxtına ayağımızı basdığımız ilk andan başlayaq!


Bir.
 Moskvada aeroporta şirkətin qonağını əynində “KİA”nın gödəkcəsi olan, amma model olduğu şübhə doğurmayan iki gözəl rus qızı qarşılayır.


İki.
 Hər bir ölkədən gələn qonağın (hər birindən iki nəfər olmaqla) aeroportda qarşılanıb, şəhərin mərkəzinə tələb olunan yerə çatdırılıması, səfər yekunlaşandan sonra da şəhərdən aeroporta aparılması üçün 2018-in istehsalı müxtəlif modelli KİA avtomobilləri ayrılır.


Üç.
  Moskvanın mərkəzində 5 ulduzlu otelin, rəsmi tədbirlərin olmadığı günlər üçün yemək xərcini də şirkət öz üzərinə götürür.


Dörd.
 Açılış matçı üçün birinci kateqoriyadan olan ən baha bileti (birinin dəyəri 550 dollar) şirkət öz hesabından ödəyir.


Nəhayət, beş.
 Yüksək səviyyəli şəhər gəzintisi, bahalı Moskvanın ən bahalı restoranlarında təşkil olunan ziyafətlər... Və o restoranlardan biri paytaxtın yeni simalarından olan “Moskva-Siti”nin düz 84-cü mərtəbəsindədi. Moskvanın ən hündür zirvəsində. Amma bu restoranın divarına qızıl su ilə yazılmış bir cümləni oxuyanda bir daha əmin olursan ki, əslində hansısa göydələnlərin ən üst qatı da hələ zirvə demək deyil. 

Çünki...

“Выше только любовь!”


Hə, zirvədə olan yalnız sevgidi – təmannasız, saf və sadiq bir sevgi.


***


Və var həm də bir millət, dövlət sevgisi. Bəs, o sevgi necə olur? Təmiz olursan, təmiz işləyirsən, millətinə, dövlətinə sadəqətlə xidmət etməklə onun başını ucaldırsan. Və beləcə o insanlara, o insanların qurduğu dövlətlə sən ürəyində və xəyallarında dost olursan.

Adı Cənubi Koreyadır o dövlətin!

Aydın BAĞIROV
aydinbagirov@gmail.com


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Möhtəşəm ixtira: artıq sizi aldada bilməyəcəklər
19.08.2018, 16:40

Möhtəşəm ixtira: artıq sizi aldada bilməyəcəklər

Azərbaycan səmasında UNO görünüb?   
19.08.2018, 16:20

Azərbaycan səmasında UNO görünüb?  

Daha bir ölkədən Türkiyəyə dəstək      
19.08.2018, 16:04

Daha bir ölkədən Türkiyəyə dəstək    

Məşhur türkiyəli futbolçu soyuldu
19.08.2018, 15:48

Məşhur türkiyəli futbolçu soyuldu

Sabah ölkə ərazisində küləkli hava şəraiti davam edəcək
19.08.2018, 15:27

Sabah ölkə ərazisində küləkli hava şəraiti davam edəcək

23-qat olimpiya çempionu: "Güclü depressiyaya düşdüm"
19.08.2018, 15:07

23-qat olimpiya çempionu: "Güclü depressiyaya düşdüm"

Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 357 nəfərə çatıb
19.08.2018, 14:50

Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 357 nəfərə çatıb

İran turistlərin pasportlarına möhür vurmağı ləğv edir
19.08.2018, 14:39

İran turistlərin pasportlarına möhür vurmağı ləğv edir

Dəmirçi-Lahıc yolunda hərəkət tam olaraq məhdudlaşdırılıb
19.08.2018, 14:22

Dəmirçi-Lahıc yolunda hərəkət tam olaraq məhdudlaşdırılıb

Şimali Koreya icazə verdi: Yoxlayın
19.08.2018, 14:10

Şimali Koreya icazə verdi: Yoxlayın

“Taliban” Əfqanıstanın Faryab əyalətinin bir hissəsini ələ keçirdi
19.08.2018, 13:52

“Taliban” Əfqanıstanın Faryab əyalətinin bir hissəsini ələ keçirdi

ABŞ-da konsertdə konstruksiya aşdı  - 14 yaralı var
19.08.2018, 13:40

ABŞ-da konsertdə konstruksiya aşdı - 14 yaralı var

Azərbaycanın ilk Xalq şairi Mirvarid Dilbazir - Qadınlar arasında
19.08.2018, 13:17

Azərbaycanın ilk Xalq şairi Mirvarid Dilbazir - Qadınlar arasında

Türkiyə sahillərində güclü zəlzələ
19.08.2018, 13:03

Türkiyə sahillərində güclü zəlzələ

Lütfi Zadənin qəbirüstü abidəsi bu tarixdə tam hazır olacaq – “Son işlər gedir”
19.08.2018, 12:42

Lütfi Zadənin qəbirüstü abidəsi bu tarixdə tam hazır olacaq – “Son işlər gedir”

Qazaxa gedərkən itkin düşən qadın tapılıb
19.08.2018, 12:19

Qazaxa gedərkən itkin düşən qadın tapılıb

Siqaret çəkən valideynlər övladlarını bu cür məhv edirlər
19.08.2018, 12:08

Siqaret çəkən valideynlər övladlarını bu cür məhv edirlər

Azərbaycan və Çin üçüncü ölkələrdə birgə müəssisələr yarada bilərlər
19.08.2018, 11:39

Azərbaycan və Çin üçüncü ölkələrdə birgə müəssisələr yarada bilərlər

Azərbaycan nefti 73 dolları ötdü
19.08.2018, 11:25

Azərbaycan nefti 73 dolları ötdü

Elçibəyin oğlu əsəbləşdi: “Atamın adından saxta profil açıb....”
19.08.2018, 11:10

Elçibəyin oğlu əsəbləşdi: “Atamın adından saxta profil açıb....”

Messi tarixi qola imza atdı
19.08.2018, 10:48

Messi tarixi qola imza atdı

Lənkəran sakini sinəsinə dəryaz batması nəticəsində ölüb
19.08.2018, 10:33

Lənkəran sakini sinəsinə dəryaz batması nəticəsində ölüb

İndoneziyada güclü zəlzələ olub
19.08.2018, 10:14

İndoneziyada güclü zəlzələ olub

Ronaldu “Yuventus”da ilk oyununda rəqibin burnunu sındırdı
19.08.2018, 10:00

Ronaldu “Yuventus”da ilk oyununda rəqibin burnunu sındırdı

Məmmədyarov supertunirə qələbə ilə başladı
19.08.2018, 09:49

Məmmədyarov supertunirə qələbə ilə başladı

Ermənistan silahlı bölmələri atəşkəs rejimini 87 dəfə pozub
19.08.2018, 09:33

Ermənistan silahlı bölmələri atəşkəs rejimini 87 dəfə pozub

İranda ölkəyə gələn xarici turistlərin pasportlarına möhür vurulmayacaq
19.08.2018, 09:20

İranda ölkəyə gələn xarici turistlərin pasportlarına möhür vurulmayacaq

Cəbrayılda görüşənədək...   
19.08.2018, 09:15

Cəbrayılda görüşənədək...  

ABŞ İrana görə İraqı sanksiyalarla təhdid edir
19.08.2018, 00:47

ABŞ İrana görə İraqı sanksiyalarla təhdid edir

Gəncədə xəstəxanada yanğın
19.08.2018, 00:31

Gəncədə xəstəxanada yanğın

Nazir icra başçısı ilə uşaqlar üçün günərzi qayğı mərkəzində
19.08.2018, 00:13

Nazir icra başçısı ilə uşaqlar üçün günərzi qayğı mərkəzində

“Qarabağ”ın oyununu avstriyalı hakimlər idarə edəcək
18.08.2018, 23:57

“Qarabağ”ın oyununu avstriyalı hakimlər idarə edəcək

“Şollerin arxivi” bədii filmi daha bir uğur qazandı   
18.08.2018, 23:47

“Şollerin arxivi” bədii filmi daha bir uğur qazandı  

Bu dairələrdə hərəkət qaydası dəyişdirilir
18.08.2018, 23:43

Bu dairələrdə hərəkət qaydası dəyişdirilir

Fəhlə işləyən gənc faciəli şəkildə öldü
18.08.2018, 23:27

Fəhlə işləyən gənc faciəli şəkildə öldü

ARXİV