Modern.az

Yerevanda bina uçdu: ölən və yaralananlar var

Yerevanda bina uçdu: ölən və yaralananlar var

Aktual

16 İyul 2018, 16:57

Ermənistanın paytaxtı Yerevanda yaşayış binasının bir hissəsi uçub.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb daha iki nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Paytaxtın Arşakunyats prospektində yaşayış binasının fasadı (10 metr boyunda) uçaraq insanların üzərinə tökülüb.

 

Hadisə nəticəsində 3 nəfər xəsarət alıb ki onların hamısı fövqəladə halların gəlməsindən öncə xəstəxanaya çatdırılıb. Onlardan 2-sinin vəziyyəti ağır sonuncunu vəziyyəti isə qənaətbəxş olaraq təyin edilib.

 

Xəstəxanaya çatdırılan ağır yaralılardan biri ölüb digəri isə ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib.

 

Əvəz ZEYNALOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır