Modern.az

12 yaşlı Məhəmmədi iflic olmaqdan xilas edək!

12 yaşlı Məhəmmədi iflic olmaqdan xilas edək!

16 İyul 2018, 17:03
Məhəmməd Mustafayev 2016-cı il iyunun 16-da ATU-nun Tədris-Cərrahiyə klinikasında “beyinin sağında pterional yanaşma ilə kistoz kraniofarioqiomanın çıxarılması” əməliyyatı keçirib.
 
 
Əməliyyatdan sonra Məhəmməddə kəskin poliuriya (gündəlik sidik ifrazının artması) və polidipsiya müşahidə olunub, şəkərli diabet yarandığı üçün 6 saylı klinik uşaq xəstəxanasında müalicə alıb.
 
 
Hazırda vəziyyəti orta ağırdır. Boy artımında problem yaranıb, artım dayanıb. Problemin həlli üçün gündəlik olaraq 3 il ərzində ona Norditropiya inyeksiyanın vurulmasını təyin edilib. İynənin bir ampulası 500 AZN məbləğindədir. 1 ampula isə 2 həftə müddətinə yetir. Ailənin maddi durumu bu məbləği ödəmək imkanında deyil. Əgər iynələr vurulmasa, Məhəmməd iflic olacaq. 3 il müddətində hər ay 1000 AZN dəyərində iynəni almaq ailənin imkanı xaricindədir. Məhəmmədin sağalmasına dəstək göstərməniz xahiş olunur.
 
Bank hesabı:
 
Bank Respublika
 
Hesab: 380194400962426-301
 
Kod: 13043806
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir