Modern.az

Tramp Putinlə tək qalmaq üçün təkid edib

Tramp Putinlə tək qalmaq üçün təkid edib

Dünya

16 İyul 2018, 17:18

ABŞ prezidenti Donald Tramp Helsinkidə keçirilən görüşün əvvəlində Rusiya prezidenti Vladimir Putinlə təklikdə danışıqlar üçün təkid edib.

 

Modern.az CNN kanalına istinadən xəbər verir ki, Trampın bu təkidi informasiya sızmasının qarşısını almaq, Putinlə şəxsi münasibətlər qurmaq və sair məsələlərə görədir.

 

Kanalın Tramp administrasiyasındakı mənbəyə istinadən verdiyi məlumatda bu qərarın həmçinin məsləhətçilərinin ona mane olmaması üçün verildiyi də bildirilir.

 

“Tramp bundan əvvəlki liderlərlə görüşlərində informasiya sızmaları barədə narazılıq edib. O, köməkçilərinə Putinlə görüşdən gizli məlumatların sızmağını istəmədiyini bildirib” – mənbədən qeyd edilib.

 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında artıq iki saatdan çox bir müddətdə bağlı qapılar arxasında görüş keçirilir.

 

Əvəz ZEYNALOV

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür