Modern.az

Deputat: “Dövlətimizə arxadan zərbə vurmaq istəyənlərin niyyəti puç oldu”  

Deputat: “Dövlətimizə arxadan zərbə vurmaq istəyənlərin niyyəti puç oldu”   

16 İyul 2018, 17:30

“Son vaxtlar xaricdən maliyyələşən bəzi qüvvələr Azərbaycanda əmin-amanlığı, ictimai-siyasi mühiti pozmaq, təxribat törətmək istəyir. İstər Gəncədə baş verən hadisə, istərsə də Sumqayıtda iğtişaş törətmək istəyən pozucu qüvvələr birmənalı olaraq bilməlidirlər ki, Azərbaycan dövləti hədsiz dərəcədə güclüdür və müvafiq qurumlarımız onların təxribat cəhdlərinə layiqincə cavab verəcək”.


Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.


Deputat bildirib ki, 1993-cü ildən Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanın güclü dövlət strukturları formalaşıb.


”Artıq 1993-cü ildən bu yana 25 il ötüb və Azərbaycan dünyada söz sahibidir. Bu gün Ordumuz dünyanın ən güclü ordusu olan 200 dövlətin içərisində 49-cu yerdədir.  Ölkə başçısının şəxsi nüfuzu və apardığı uzaqgörən siyasətin nəticəsində Azərbaycanla bağlı həqiqətlərin dünyaya çatdırılması və beynəlxalq təşkilatlarda qəbul olunan sənədlər bizim dövlətimizin gücündən xəbər verir. Bu gün Azərbaycanda xalq-iqtidar birliyi var. Azərbaycan xalqı ölkə başçısının və onun komandasının ətrafında sıx birləşib.  Bu gün Azərbaycan dövləti və onun strukturları ölkəmizdə ictimai-siyasi mühiti pozmaq istəyən qüvvələrə layiqli cavab vermək iqtidarındadır.  Həmin pozucu qüvvələr bilməlidirlər ki, Azərbaycanda 1994 və 1995-ci ildə çevrilişə cəhd edən qüvvələri xalq öz qarşısına aldı. Ulu öndər Heydər Əliyevin xalqa bir dəfə səslənməsi ilə bütün Azərbaycan vətəndaşları Prezident Administrasiyasının qarşısına toplandı. İnsanların öz dövlət başçısının ətrafında sıx birləşdi. Bu gün də Azərbaycan xalqı birmənalı olaraq cənab prezident İlham Əliyevi dəstəkləyir”.


Deputatın sözlərinə görə, bu hadisələr Azərbaycanın inkişafını qəbul edə bilməyənlərin təxribatıdır.

 

"Biz bu hadisələri həmişə pisləyirik. Biz həmişə dövlətimizin yanındayıq. Bütün dünya azərbaycanlılarının bir dövləti var. Həmin dövlətin atributunu daşıyan polisinə qarşı terror aktı törətməyə heç bir halda bəraət qazandırıla bilməz. Bu məsələ ciddi şəkildə qınanılmalıdır ".

 

M.İbrahimqızı deyib ki, Azərbaycan xalqı, ictimaiyyəti həmişə olduğu kimi, bu dəfə də dövlətə sədaqət nümayiş etdirdi:


“Hüquq-mühafizə orqanlarımız cinayətkarların tutulması və zərərsizləşdirilməsində üzərilərinə düşən vəzifəni layiqincə yerinə yetirdilər. Bu hadisələrin müqəddəs İslam dininə və bu dinə həqiqi bağlı olan müsəlmanlara heç bir aidiyyəti yoxdur. Cənab Prezident keçirdiyi müşavirədə terrorun törədilməsi səbəbi və onun arxasında duran məkirli qüvvələr haqqında ciddi mesajlar verdi. Əminəm ki, istintaq qısa müddətdə terror hadisəsini törətmiş cinayətkarları və onların xarici sifarişçilərini aşkarladığı kimi, digər günahkarları da müəyyən edəcək. Belə bir ağır cinayət törətmiş şəxslər qanunun bütün sərtliyi ilə layiq olduğu cəzalarını alacaqlar. Əminəm ki, dövlətimizə arxadan zərbə vurmaq istəyənlərin niyyəti və planı indiyədək olduğu kimi bundan sonra da puç olacaq. Mən fürsətdən istifadə edib Elmar Vəliyevə tezliklə sağalmağı arzulayır və iki şəhid polis polkovnikimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirəm”. 


Deputat həmçinin Prezident İlham Əliyevin Brüsseldə NATO-nun 29-cu sammitində iştirakını və səfər çərçivəsində keçirdiyi görüşləir, aparılan müzakirələri də şərh edib.


“İlham Əliyevin xarici siyasətində Avropa İttifaqı ilə münasibətlər mühüm yer tutur. Bu baxımdan, dövlətimizin başçısının Brüsselə səfəri zamanı Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə keçirdiyi görüş və “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması ikitərəfli əlaqələrin inkişafında çox ciddi rol oynayacaq. Azərbaycan Avropa İttifaqı ilə müxtəlif proqramlar çərçivəsində çox fəal əməkdaşlıq edir. Cənubi Qafqaz regionunun lideri olaraq Azərbaycan böyük layihələrin müəllifi və iştirakçısıdır. Ölkəmizin liderliyi ilə reallaşan transmilli enerji layihələri, Cənub Qaz Dəhlizi layihəsi, onun tərkib hissəsi olan TANAP və TAP layihələri Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır”.


Deputat dövlət başçısının Brüsselə səfəri zamanı  bir sıra ikitərəfli görüşlər keçirdiyini qeyd edib.


“Bildiyimiz kimi, cənab Prezident İlham Əliyev NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyata töhfə verən tərəfdaş ölkələrin dövlət və hökumət başçılarının və potensial əməliyyat tərəfdaşlarının iştirakı ilə Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşündə iştirak edib. Bildiyimiz kimi, Azərbaycanla NATO arasında çox fəal tərəfdaşlıq münasibətləri mövcuddur. Ölkəmiz bu təşkilatın müxtəlif proqramlarında yaxından iştirak edir”.

 

M.İbrahimqızı deyib ki, Prezident İlham Əliyev NATO çərçivəsində keçirilən görüşlərdə və çıxışında Ermənistanın işğalçılıq siyasətini bir daha ifşa etdi:


“Xüsusi məqam ondan ibarətdir ki, Brüsseldə keçirilən Zirvə toplantısının yekununda NATO-nun üzv dövlətləri qəbul etdikləri kommunikedə növbəti dəfə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə və eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin bu prinsiplər əsasında həllinə dəstək ifadə etdilər. Bu fakt diplomatik cəbhədə Azərbaycanın daha bir uğuru, işğalçı Ermənistanın isə məğlubiyyətidir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır