Modern.az

Nazir Bakı Yay Enerji Məktəbində çıxış etdi

Nazir Bakı Yay Enerji Məktəbində çıxış etdi

16 İyul 2018, 19:09

ADA universitetində təşkil edilən XII Bakı Yay Enerji Məktəbində “Qlobal iqlim dəyişməsinin Xəzər hövzəsinə təsiri” mövzusunda Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev 16 iyul 2018-ci il tarixində təqdimatla  çıxış edib.

 

Tədbirdə iqlim dəyişmələrinin səbəbləri, qlobal və regional təzahürləri, iqlim dəyişmələrinə təsirlərin azaldılmasına yönələn fəaliyyətlər və mümkün uyğunlaşma tədbirləri, eyni zamanda ölkənin Paris razılaşmasına dair milli öhdəliklərin yerinə yetirilməsi mövzusu ətrafında fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.

 

Xatarladaq ki, XII Bakı Yay Enerji Məktəbi iyulun 9-da ADA Universitetində Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin, SOCAR və “BP Azerbaijan”nın dəstəyi ilə  açılıb. Məktəbə bu il 12 ölkədən – ABŞ, Türkiyə, Böyük Britaniya, Estoniya, Latviya, Niderland, İordaniya, İsrail və digər ölkələr olmaqla 35 iştirakçı cəlb olunub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?