11 dekabr 2018, Çərşənbə
Ana Səhifə - GÜNDƏM - BTC vasitəsilə 3 milyard barel neft ixrac olunub
BTC vasitəsilə 3 milyard barel neft ixrac olunub
16.07.2018, 19:18

İyulun 14-də Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə nəql olunan Xəzər xam neftinin 3 milyardıncı bareli 3 929-cu tankerə yüklənərək dünya bazarlarına yola salınıb. Bu barədə “BP-Azerbaijan” şirkəti məlumat yayıb.

 

Ceyhan terminalında BTC xam neftinin ilk tankerə yüklənməsi 2006-cı ilin yayında baş tutub. Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçərək BTC boru kəməri vasitəsilə 1768 km məsafəni qət edərək nəql olunmuş təxminən 600 min barel həcmində “Azəri-Çıraq-Günəşli” (AÇG) xam neftindən ibarət ilk yük 4 iyun 2006-cı il tarixində “British Hawthorn” tankerinə yüklənib və yeni Ceyhan Dəniz Terminalından yola salınıb.

“İlk tankerin yola salınması məhz 12 il əvvəl 13 iyul tarixində regionun dövlət və hökumətlərinin rəhbərlərinin, BTC-nin sahibkar şirkətlərinin icraçı rəhbərlərinin və digər yüksək vəzifəli qonaqların iştirakı ilə keçirilmiş tədbirdə rəsmi qaydada qeyd edilmişdi. Regionda enerji ixracının başlıca arteriyası hesab olunan bu boru kəməri Xəzər dənizinin zəngin enerji ehtiyatlarının dünya bazarlarına çıxarılmasında mühüm rol oynayıb. Azərbaycanın strateji obyekt kimi dəyərləndirdiyi bu boru kəməri qapalı Xəzər hövzəsi ilə bütün dünya bazarlarına asan çıxışı olan Aralıq dənizi arasında ilk birbaşa əlaqədir.

 

Tikinti mərhələsindən başlayaraq, BTC regiona mühüm mənfəətlər gətirərək müsbət dəyişikliklər yaradıb. Eyni zamanda, boru kəmərinin Bosfor və Dardanel boğazlarından yan keçməsi tranzit ölkələr üçün mühüm gəlirlərin əldə olunmasına imkan yaradaraq, neft daşımalarının qaçılmaz artımının və əlaqədar ekoloji risklərin azalmasına kömək edir və bununla yanaşı Azərbaycan, Gürcüstan, Türkiyə və qərb ölkələri arasında siyasi və iqtisadi əlaqələrin güclənməsinə dəstəyi davam etdirir”,-şirkətdən bildirilib.

Qeyd olunub ki, bu günə qədər BTC texniki təhlükəsizlik və istismar baxımından yüksək göstəricilər nümayiş etdirib. Onun səmərəliliyi və istismar etibarlılığı ilk dövrlərdəki 75%-dən artaraq hazırkı 99,9% səviyyəsinə çatıb.

 

BP-nin Azərbaycan-Gürüstan-Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib ki, Ceyhan limanından xam neftin 3 milyardıncı barelinin nəql olunması BTC-nin əldə etdiyi əlamətdar nailiyyətdir. “İstismara başladığı vaxtdan etibarən boru kəməri müstəsna səmərəlilik nümayiş etdirib. Onun inşası nəhəng mühəndis-texniki nailiyyətdir və 12 illik təhlükəsiz, etibarlı və məsuliyyətli əməliyyatlardan sonra bu boru kəməri əməliyyat səmərəliliyinin bariz nümunəsi və üç ölkə boyunca vahid komandanın gerçəkləşdirdiyi dünya miqyaslı fəaliyyət kimi təsvir oluna bilər. Əminliklə deyə bilərəm ki, BTC-nin fəaliyyəti dünyada ən təhlükəsiz və ekoloji cəhətdən zərərsiz boru kəməri əməliyyatlarından biridir.

Biz hamımız BTC-nin uğur hekayəsi ilə qürur duymalıyıq. Hamımız dedikdə, mən layihə başladığı andan etibarən üç ölkədə layihənin icrasına cəlb edilmiş minlərlə insanı – işçi qüvvəsini, icmaları, şirkətləri, regional və beynəlxalq hökumətləri, tərəfdaşları və öz işçi heyətimizi nəzərdə tuturam. Bu, həqiqətən də hər mənada böyük obyektdir və bu günə qədər onun əldə etdiyi nailiyyətlər bizdə qürur hissi oyadır.

 

Üç regional ölkəni birləşdirən körpü kimi BTC həmin üç ölkə boyu icmalarda və əhalidə böyük müsbət dəyişikliklərə yol açaraq bu ölkələr arasında əlaqələri möhkəmləndirmişdir. BP-nin dünya üzrə biznesində belə layihənin olması mənə böyük qürur və şərəf verir və sizin çoxunuzun da eyni hisləri bölüşdüyünüzə əminəm”.

Qeyd edək ki, 1768 km uzunluğunda və gündəlik ötürücülük gücü 1,2 mln. barel olan BTC boru kəməri nəqliyyat baxımından onsuz da izdihamlı olan Dardanel və Bosfor boğazlarında tankerlərin hərəkət sıxlığını artırmadan Xəzər dənizindən təhlükəsiz və məsuliyyətli qaydada neft ixrac etməyə imkan verir.

 

Boru kəməri 46/42/34” diametrli boru xətlərindən ibarətdir. Üç tranzit ölkə boyu səkkiz nasos stansiyası və 98 siyirtmə stansiyası var. Boru kəməri Ceyhanda yenidən dəniz səviyyəsinə düşməzdən qabaq 2830 metr səviyyəsində ən yüksək nöqtəyə qalxaraq, bir neçə dağ silsiləsi, 3000 yol, dəmiryolu və həm yeraltı, həm yerüstü kommunikasiya xətləri ilə və eləcə də Türkiyədə eni 500 metrədək çatan Ceyhan çayının yerləşdiyi ərazidəki keçid də daxil olmaqla 1500-dən artıq su hövzəsi ilə kəsişir.

BTC-nin tikintisinin tamamlanması üçün dörd il tələb olunub – layihə 2002-ci ilin iyul ayında təsdiqlənib və 2006-cı ilin may ayında başa çatıb. Fəaliyyətlərin ən qızğın dövründə tikintiyə 22000 nəfər cəlb olunub (bunların demək olar 80%-ni yerli işçilər təşkil edib), 110 milyondan artıq adam- saat sərf edilib, 200 milyon kilometrdən artıq məsafə qət edilib– bu yer kürəsi ətrafında 10 dəfə dövrə vurmağa bərabərdir – 220000 ədəd boru qaynaq edilib.

 

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Şabranda evdən 2900 manat oğurlanıb
11.12.2018, 00:27

Şabranda evdən 2900 manat oğurlanıb

Fransada fövqəladə vəziyyət elan OLUNACAQ
10.12.2018, 23:45

Fransada fövqəladə vəziyyət elan OLUNACAQ

Astarada qatar 28 yaşlı gənci vuraraq öldürüb
10.12.2018, 23:21

Astarada qatar 28 yaşlı gənci vuraraq öldürüb

Lənkəranda 46 yaşlı kişi xalasının evindən itkin düşdü
10.12.2018, 23:11

Lənkəranda 46 yaşlı kişi xalasının evindən itkin düşdü

Fransada gürcü, azərbaycanlı və ermənilərin təmsil olunduğu cinayətkar qruplaşmanın üvzləri saxlanılıb 
10.12.2018, 22:30

Fransada gürcü, azərbaycanlı və ermənilərin təmsil olunduğu cinayətkar qruplaşmanın üvzləri saxlanılıb 

Azərbaycanda qızıl və gümüş bahalaşdı
10.12.2018, 22:07

Azərbaycanda qızıl və gümüş bahalaşdı

Sabunçuda mənzildən qadın meyiti tapıldı
10.12.2018, 21:39

Sabunçuda mənzildən qadın meyiti tapıldı

Bu şəxslərin maaşı artdı
10.12.2018, 21:21

Bu şəxslərin maaşı artdı

Novxanıda iki avtomobil toqquşdu, ölən və xəsarət alanlar var
10.12.2018, 20:58

Novxanıda iki avtomobil toqquşdu, ölən və xəsarət alanlar var

Səudiyyə Qaşıqçının qatillərini Türkiyəyə vermədi
10.12.2018, 20:45

Səudiyyə Qaşıqçının qatillərini Türkiyəyə vermədi

İstanbulda “İrəvan-gizlədilmiş həqiqətlər“ sənədli filmi nümayiş olunub - FOTOLAR
10.12.2018, 20:43

İstanbulda “İrəvan-gizlədilmiş həqiqətlər“ sənədli filmi nümayiş olunub - FOTOLAR

Qubada orta məktəbdə baş verən yanğın söndürülüb
10.12.2018, 20:40

Qubada orta məktəbdə baş verən yanğın söndürülüb

Paşinyan: “Ermənistan NATO üzvlüyünə can atmır”
10.12.2018, 20:34

Paşinyan: “Ermənistan NATO üzvlüyünə can atmır”

Qar ABŞ-ı “dondurdu” - 276 min adam işıqsızdı
10.12.2018, 20:19

Qar ABŞ-ı “dondurdu” - 276 min adam işıqsızdı

Naxçıvanda döyüş atışlı taktiki-xüsusi təlimlər keçirilib - FOTOLAR
10.12.2018, 19:45

Naxçıvanda döyüş atışlı taktiki-xüsusi təlimlər keçirilib - FOTOLAR

Aeroport yolunda nəqliyyatın sıxlığı müşahidə edilir - BNA
10.12.2018, 19:34

Aeroport yolunda nəqliyyatın sıxlığı müşahidə edilir - BNA

Keçmiş nazir müavini bıçaqlandı - GÜRCÜSTANDA
10.12.2018, 19:20

Keçmiş nazir müavini bıçaqlandı - GÜRCÜSTANDA

Sabunçuda 3 otaqlı ev yanıb
10.12.2018, 19:03

Sabunçuda 3 otaqlı ev yanıb

Azərbaycan nümayəndə heyəti Gürcüstan Prezidentinin inauqurasiyasında iştirak edəcək
10.12.2018, 18:55

Azərbaycan nümayəndə heyəti Gürcüstan Prezidentinin inauqurasiyasında iştirak edəcək

Xətai rayonunun bu hissələrində qaz olmayacaq
10.12.2018, 18:48

Xətai rayonunun bu hissələrində qaz olmayacaq

Qubada məktəbdə yanğın - İcra başçısı hadisə yerinə gəldi
10.12.2018, 18:40

Qubada məktəbdə yanğın - İcra başçısı hadisə yerinə gəldi

Heydər Əliyev Mərkəzində Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti incisinin təqdimatı olub - FOTO
10.12.2018, 18:33

Heydər Əliyev Mərkəzində Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti incisinin təqdimatı olub - FOTO

Daha 2 piyada yol qəzasının qurbanı oldu
10.12.2018, 18:25

Daha 2 piyada yol qəzasının qurbanı oldu

Muxtar Babayev Türkiyəli həmkarını qəbul edib
10.12.2018, 18:17

Muxtar Babayev Türkiyəli həmkarını qəbul edib

Cəlilabadda 30 yaşlı kişi xəstəxanada öldü
10.12.2018, 18:10

Cəlilabadda 30 yaşlı kişi xəstəxanada öldü

Ziyafət Əsgərov: “O saxta video - montajı onu yayanların vicdanına buraxıram”
10.12.2018, 17:59

Ziyafət Əsgərov: “O saxta video - montajı onu yayanların vicdanına buraxıram”

Braziliyadakı Azərbaycan məktəbində xeyriyyə tədbiri keçirilib
10.12.2018, 17:58

Braziliyadakı Azərbaycan məktəbində xeyriyyə tədbiri keçirilib

Prezident övladlığa götürmə ilə bağlı fərman imzaladı   
10.12.2018, 17:49

Prezident övladlığa götürmə ilə bağlı fərman imzaladı  

İlham Əliyev Burkina-Fasonun dövlət başçısını təbrik etdi
10.12.2018, 17:48

İlham Əliyev Burkina-Fasonun dövlət başçısını təbrik etdi

Sabah Bakıda Azərbaycan-Türkiyə biznes forumu keçiriləcək
10.12.2018, 17:40

Sabah Bakıda Azərbaycan-Türkiyə biznes forumu keçiriləcək

Dillər Universitetində Heydər Əliyev anıldı
10.12.2018, 17:39

Dillər Universitetində Heydər Əliyev anıldı

“Qarabağ problemi ilə bağlı dövlət qurumu yaradılsın” - Eldar Namazovun təklifinə REAKSİYA   
10.12.2018, 17:37

“Qarabağ problemi ilə bağlı dövlət qurumu yaradılsın” - Eldar Namazovun təklifinə REAKSİYA  

Elmi kadrların attestasiyasının aparılması işi təkmilləşdirilir - SƏRƏNCAM
10.12.2018, 17:31

Elmi kadrların attestasiyasının aparılması işi təkmilləşdirilir - SƏRƏNCAM

Kanada azərbaycanlıları erməni təxribatına etiraz edir
10.12.2018, 17:28

Kanada azərbaycanlıları erməni təxribatına etiraz edir

İlham Əliyev onlara fəxri adlar verdi - SİYAHI
10.12.2018, 17:24

İlham Əliyev onlara fəxri adlar verdi - SİYAHI

Vaqif Əsədov və Ceyhun Topçubaşov mükafatlandırıldı 
10.12.2018, 17:22

Vaqif Əsədov və Ceyhun Topçubaşov mükafatlandırıldı 

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
10.12.2018, 17:18

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Qaraçuxur və Əmircan susuz qalacaq
10.12.2018, 17:17

Qaraçuxur və Əmircan susuz qalacaq

Azərbaycanla Türkiyə arasında Əməkdaşlıq Protokolu imzalanıb
10.12.2018, 17:09

Azərbaycanla Türkiyə arasında Əməkdaşlıq Protokolu imzalanıb

Rusiyada Əvəz Ələkbərov və Tofiq Quliyevin müəllifi olduğu kitab çıxdı
10.12.2018, 17:07

Rusiyada Əvəz Ələkbərov və Tofiq Quliyevin müəllifi olduğu kitab çıxdı

Bakı meriyası “Qarabağ mitinqi”nə “YOX” dedi
10.12.2018, 16:52

Bakı meriyası “Qarabağ mitinqi”nə “YOX” dedi

“Nar” gənclərə karyera qurmaqda dəstək olur
10.12.2018, 16:45

“Nar” gənclərə karyera qurmaqda dəstək olur

Bosniya və Herseqovinada AXC ilə bağlı konfrans keçirildi -  FOTO
10.12.2018, 16:41

Bosniya və Herseqovinada AXC ilə bağlı konfrans keçirildi -  FOTO

Böyük Britaniya Brexit-lə bağlı səsvermə keçirməyəcək
10.12.2018, 16:41

Böyük Britaniya Brexit-lə bağlı səsvermə keçirməyəcək

110 dövlət əmlakı özəlləşdirilir
10.12.2018, 16:37

110 dövlət əmlakı özəlləşdirilir

Azərbaycanda müəllim 7-ci sinif şagirdi ilə evləndi: “Ona dərs demişəm” - VİDEO
10.12.2018, 16:30

Azərbaycanda müəllim 7-ci sinif şagirdi ilə evləndi: “Ona dərs demişəm” - VİDEO

“Bakcell”ə “Ən yaxşı təqdimat” sertifikatı verildi
10.12.2018, 16:23

“Bakcell”ə “Ən yaxşı təqdimat” sertifikatı verildi

Azercell könüllü gənclərlə həmrəy oldu
10.12.2018, 16:15

Azercell könüllü gənclərlə həmrəy oldu

Bu ölkənin prezidentini 5-ci dəfə vəzifəsindən kənarlaşdırdılar
10.12.2018, 16:07

Bu ölkənin prezidentini 5-ci dəfə vəzifəsindən kənarlaşdırdılar

Rufiz Qonaqovun kitabının təqdimatı oldu
10.12.2018, 16:07

Rufiz Qonaqovun kitabının təqdimatı oldu

ARXİV