Modern.az

Trampla Putinin mətbuat konfransında İNSİDENT

Trampla Putinin mətbuat konfransında İNSİDENT

16 İyul 2018, 20:03

Rusya və ABŞ prezidentlərinin birgə mətbuat konfransında insident baş verib. Modern.az APA-ya istinadən xəbər verir ki, bir kişi şüarlar yazılmış plakatı açmaq istəyib.

Lakin mühafizə xidməti əməkdaşlarının müdaxiləsi nəticəsində buna imkan verilməyib. Həmin şəxs mətbuat konfransından kənarlaşdırılıb.

Qeyd edək ki, bu gün Helsinki şəhərində Vladimir Putin və Donald Tramp arasında görüş keçirilib. Görüşün yekununa dair prezidentlərin birgə mətbuat konfransı keçirilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir