Modern.az

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

16 İyul 2018, 23:44

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 76,85 dollar/barel təşkil edib ki, bu da daha öncəki günə olan göstəricidən 2,1 dollar/barel çoxdur. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 75,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,04 dollar/barel çoxdur.

 

Novorossiysk limanından yüklənən URALS neftinin son qiymətinə gəlincə, 71,61 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,47 dollar/barel çoxdur.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti isə 74,27 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,1 dollar/barel çoxdur.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir