Modern.az

Lənkəranda qanunsuz meşə materialı aşkarlandı

Lənkəranda qanunsuz meşə materialı aşkarlandı

17 İyul 2018, 09:32

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları  tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması və satışı hallarının qarşısının alınması məqsədilə növbəti reyd keçirilib.

 

Modern.az xəbər verir ki, reyd zamanı Lənkəran rayonu Təngivan kəndi ərazisində yeşik hazırlanan sexdə qanunsuz yolla əldə olunmuş 21,11 m3 həcmində fıstıq və qızılağac cinsli işlik meşə materialı aşkar edilib. Faktla bağlı sexin sahibi Lənkəran rayon sakini Rüfət Əsgərov barəsində akt tərtib olunub və ona meşə fonduna dəyən1769,21 manat məbləğində ziyan tətbiq edilib.

 

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş  Prokurorluğuna  göndərilib.    

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?