Modern.az

Bu magistrallarda təmir gedir

Bu magistrallarda təmir gedir

17 İyul 2018, 10:00

Təhlükəsizlik sədlərinin təmirinə başlanılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Modern.az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 10-132 km-lik hissəsində, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 14-120 km-lik hissəsində təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Bu gün axşam saatlarınadək davam edəcək təmir zamanı yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş sədlər yenilənəcək.

 

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub