19 oktyabr 2018, Cümə
Ana Səhifə - GÜNDƏM - “BANM-a qəbul olmağım həyatımda dönüş nöqtəsi oldu”
“BANM-a qəbul olmağım həyatımda dönüş nöqtəsi oldu”
17.07.2018, 10:26

Bakı Ali Neft Məktəbinə (BANM) 5 il öncə 660 balla daxil olan və bu il məzun olaraq İtaliyanın Milan Politexnik Universitetində ödənişsiz magistratura təhsilini davam etdirəcək Azər Ömərovla müsahibəni təqdim edirik.

 

- Azər, bu il BANM-ı bitirib məzun oldunuz. BANM-ın  məzunu olmaq sizin üçün nə deməkdir?

- Mənim üçün BANM-ın məzunu olmaq uğurlu gələcəyin əsaslı təməlınin qoyulması deməkdir. BANM-a qəbul olmağım mənim həyatımda dönüş nöqtəsi oldu. İlk başlayanda təhsilin ağırlığı və sərt qayda-qanunlara alışmaq çətin olsa da, sonradan məhz bu şərtlərin bizim inkişafımızda böyük rol oynadığını, bu ali məktəbin bizə nəinki sadəcə təhsil verdiyini, eyni zamanda bizi uğurlu iş həyatına hazırladığını görüb hər şeyi anlamış olduq. Ali məktəbimizdəki sərt nizam-intizam və qayda-qanunlarına baxmayaraq, tələbələrin hər hansı bir problemi olarsa universitetimizin əməkdaşları əlindən gələn köməyi əsirgəmir, hətta lazım gələrsə rektorumuz birbaşa özü müdaxilə edərək bizim problemlərimizin həllinə kömək edir. Bütün bunlar Ali Məktəbimizdə tələbələrə  isti və doğma ailə münasibətinin yaradılmasının göstəricisidir. Mən texniki biliklər və təcrübələrlə yanaşı, burada səmimi münasibət, dəyərli insanlar və yaxın dostlar qazanmışam və BANM ailəsinin bir üzvü olmaqdan qürur duyuram.

- Siz BANM-ı bitirərək İtaliyanın Milan Politexnik Universitetinə daxil olmusuz. Akademik və digər uğurlarınızda kimin və ya nəyin rolu vardır?

- Hər bir uğurumda ilk öncə ailəm və onların mənə dəstəyi böyük rol oynayır. Akademik göstəricilərimin yüksək olması və bir çox başqa nailiyyətlərim isə təbii ki birbaşa BANM-da təhsil almağımla bağlıdır. Uğur əldə edə bilməyim üçün öz əzmkarlığım və qabiliyyətimin olması ilə yanaşı, lazımı mühit və şərait də tələb olunur hansıki BANM bunları bizə verir. Buradakı ixtisaslaşmış müəllim və professorların köməkliyilə aldığım təhsil, qazandığım uğurlar akademik və karyera imkanlarımda əvəzsiz yer tutur. Əldə etdiyim uğurlarda əməyi olan bütün müəllimlərimə və BANM-a olan sonsuz təşəkkürlərimi bildirirəm.

- BANM-a daxil olanda, yoxsa Milan Politexnik Universitetinə daxil olanda daha çox sevinmişdiz?

- Hər bir nailiyyət mənim üçün önəmlidir, lakin BANM-a daxil olmağım əldə etdiyim nailiyyətlərin təməlini qoyub. BANM-a qəbul olduğumu öyrəndiyim zaman mənim üçün  ən dəyərli, əvəzedilməz və sevindirici an olmuşdu. Milan Politexnik Universitetini isə təhsilimi davam etdirmək məqsədilə seçdim və bu seçimimdən də məmnunam.

- İtaliyada magistraturanı bitirdikdən sonra vətənə qayıdacaqsız, yoxsa həyatınızı və karyeranızı Azərbaycandan kənarda planlayırsız?

- Magistraturanı bitirdikdən sonra bir müddət xaricdə karyeramı davam etdirməyi, lakin sonra vətənə qayıtmağı planlaşdırmışam. Düşünürəm ki, xarici ölkələrdə qazandığım təcrübə və biliklər mənim fərdi inkişafımda əhəmiyyətli rol oynayacaq və vətənə qayıdanda həmin bilik və bacarıqları ölkəmizin inkişafı üçün tətbiq etməyə çalışacağam.

- BANM-da “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”, Milan Politexnik Universitetində isə “Avtomatika və idarəetmə mühəndisliyi” ixtisasını seçmisiz. Avtomatikaya sizdə həvəs hardandı?

- Texnologiyaya böyük həvəsim var. Avtomatika isə texnologiyanın birbaşa təməli olduğu üçün mənə çox maraqlı gəlir. Avtomatik idarəetmə gələcəyin ixtisasıdır və bütün sənayələr avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqinə çalışır. Buradan belə qənaətə gəlmək olar ki, bu ixtisasın gələcəyi parlaqdır və bu sahədə edilən yeniliklər, kəşflər yaxud hər hansı bir inkişafda əməyimin olması mənim üçün qürurverici bir hiss olardı. Düşünürəmki bu sahəni seçməkdə çox düzgün qərar vermişəm.

- Azər, niyə işləməyi deyil, təhsilinizi davam etdirməyi üstün tutdunuz?

- Hazırda SOCAR Polymer şirkətində öz ixtisasım üzrə kiçik mühəndis vəzifəsində çalışıram. Düzdür, çalışmaq praktiki bacarıqların inkişafında mühüm rol oynayır. Lakin, mən avtomatika sahəsində davamlı inkişaf istəyirəm və bu səbəbdən də öz ixtisasım üzrə nəzəri biliklərimi daha da dərinləşdirmək, təhsilimi davam etdirməyi qərara almışam.

- Gələcəklə bağlı nə planlarınız var?

- Magistratura təhsilimi bitirib öz ixtisas sahəmdə tədqiqat işlərilə maraqlanacam və vətənə qayıtdıqdan sonra tədqiqatları öz ölkəmizdə davam etdirəcəm. Öyrəndiyim bilik və bacarıqları ölkəmizdəki avtomatika sahəsinə marağı olan gənclərlə bölüşmək ən böyük istəklərimdən biridir.

- Sizcə, insanın uğur əldə etməsi nədən asılıdır?

- İnsanın uğur əldə etməsinə bir çox amillərin təsiri vardır. Əsas amillərdən biri gördüyün işin məsuliyyətinin dərk edilməsidir, məsuliyyətsiz görülən iş uğur qazandırmaz. İnsan yalnız marağının olduğu sahəyə istiqamətlənməlidir. Uğur qazanmaq istəyiriksə sevdiyimiz işləri tam həvəslə görməli, gördüyümüz işə hakim olmalıyıq. Ən əsası isə problemlər və uğursuzluqlar insanı ruhdan salmamalıdır, nəticəyə çatmaq üçün daha əzmkar olmaq lazımdır.

- Tələbə adını qazanmaq arzusunda olan gənclərə nə məsləhət görərdiz?

- Gənclərə məsləhətim budur ki, qərarlı olsunlar və öz istədikləri sahə üzrə təhsil alsınlar. Yalnız bu zaman həyatda uğur əldə bilərlər. Qəbul imtahanına hazırlaşarkən vaxtlarını planlı qurmaq və istirahət etməyi unutmamaq lazımdır. Oxuduğunuzu dərk etməyə çalışın, çünki əzbərlədiyiniz hər şey müəyyən müddət sonra yaddaşdan silinir. Dərk edərək öyrəndiyimiz isə unudulmur. Bugünki günü ötürmək üçün deyil, öyrənmək üçün oxuyun. Bütün gənclərə təhsil və karyeralarında uğurlar arzu edirəm.

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Daha bir ölkədə niqab qadağan edildi
19.10.2018, 18:29

Daha bir ölkədə niqab qadağan edildi

İki nəfəri güllələyən çobanla bağlı RƏSMİ MƏLUMAT yayıldı
19.10.2018, 18:18

İki nəfəri güllələyən çobanla bağlı RƏSMİ MƏLUMAT yayıldı

Bakıda yeraltı qaz xəttində sızma aşkarlandı, qazın verilişi dayandırıldı
19.10.2018, 18:14

Bakıda yeraltı qaz xəttində sızma aşkarlandı, qazın verilişi dayandırıldı

Bir qrup energetikə fəxri ad və medal verildi - SİYAHI
19.10.2018, 18:10

Bir qrup energetikə fəxri ad və medal verildi - SİYAHI

Voleybol üzrə dünya çempionatında finalçılar müəyyənləşdi
19.10.2018, 18:09

Voleybol üzrə dünya çempionatında finalçılar müəyyənləşdi

Nazir müavini Gülməmməd Cavadova Prezident təqaüdü ayrıldı
19.10.2018, 18:08

Nazir müavini Gülməmməd Cavadova Prezident təqaüdü ayrıldı

Azərbaycan və Türkiyə prezidentləri “Star” neft emalı zavodunun açılışında - YENİLƏNİB
19.10.2018, 18:00

Azərbaycan və Türkiyə prezidentləri “Star” neft emalı zavodunun açılışında - YENİLƏNİB

İcra başçısının müavini vəfat etdi
19.10.2018, 17:55

İcra başçısının müavini vəfat etdi

Keçmiş deputat küçəyə atasının adını verdirib? - Bilgəh sakinləri Hacı Qalibi təkzib etdilər
19.10.2018, 17:49

Keçmiş deputat küçəyə atasının adını verdirib? - Bilgəh sakinləri Hacı Qalibi təkzib etdilər

Odlar Yurdu Universitetindən dikdaban qadağasına REAKSİYA
19.10.2018, 17:42

Odlar Yurdu Universitetindən dikdaban qadağasına REAKSİYA

AZAL və Dövlət Turizm Agentliyi əməkdaşlıq edəcək   
19.10.2018, 17:35

AZAL və Dövlət Turizm Agentliyi əməkdaşlıq edəcək  

MTRŞ bu şirkətin lisenziyasına XİTAM VERDİ
19.10.2018, 17:28

MTRŞ bu şirkətin lisenziyasına XİTAM VERDİ

Manat və dolların 3 günlük MƏZƏNNƏSİ 
19.10.2018, 17:22

Manat və dolların 3 günlük MƏZƏNNƏSİ 

Novruz Məmmədov nazirləri iclasa çağırdı, göstərişlər verdi - FOTOLAR   
19.10.2018, 17:15

Novruz Məmmədov nazirləri iclasa çağırdı, göstərişlər verdi - FOTOLAR  

Pəncərədən düşən işıq... - “Qobu Park”dan REPORTAJ
19.10.2018, 17:12

Pəncərədən düşən işıq... - “Qobu Park”dan REPORTAJ

Ünvanlı sosial yardım alanların sayı açıqlandı
19.10.2018, 17:06

Ünvanlı sosial yardım alanların sayı açıqlandı

Bakının bu hissəsində yol bağlanacaq
19.10.2018, 17:05

Bakının bu hissəsində yol bağlanacaq

Bakı-Sumqayıt qatarının hərəkət cədvəlində DƏYİŞİKLİK
19.10.2018, 17:04

Bakı-Sumqayıt qatarının hərəkət cədvəlində DƏYİŞİKLİK

AMEA Dövlət Komitəsinin müraciətinə müsbət cavab verib - FOTO
19.10.2018, 17:00

AMEA Dövlət Komitəsinin müraciətinə müsbət cavab verib - FOTO

AQTA maarifləndirir - Saxta balın fəsadları
19.10.2018, 17:00

AQTA maarifləndirir - Saxta balın fəsadları

İstirahət günlərinin HAVASI: 27 dərəcə isti olacaq
19.10.2018, 16:32

İstirahət günlərinin HAVASI: 27 dərəcə isti olacaq

Rusiya Özbəkistanda Atom Elektrik Stansiyası inşa edəcək
19.10.2018, 16:25

Rusiya Özbəkistanda Atom Elektrik Stansiyası inşa edəcək

Ərəb ölkəsində niqab qadağan olundu
19.10.2018, 16:19

Ərəb ölkəsində niqab qadağan olundu

Ağ Ev Putinin adamını sanksiya siyahısından çıxardı
19.10.2018, 16:14

Ağ Ev Putinin adamını sanksiya siyahısından çıxardı

Nazirlik Prezidentin tapşırığı ilə bağlı səfərbər olunub - Kollegiya iclası keçirildi
19.10.2018, 16:13

Nazirlik Prezidentin tapşırığı ilə bağlı səfərbər olunub - Kollegiya iclası keçirildi

Qanunsuz tikintilərə qarşı yeni qanunvericilik təşəbbüsləri hazırlanır
19.10.2018, 16:08

Qanunsuz tikintilərə qarşı yeni qanunvericilik təşəbbüsləri hazırlanır

"Teleqüllə" ətrafında sürüşməyə meyilli iki zona tapıldı - SOS
19.10.2018, 15:58

"Teleqüllə" ətrafında sürüşməyə meyilli iki zona tapıldı - SOS

Bakıda cibgir qızların paltarından gileyləndi: “Çox dar geyinirlər”
19.10.2018, 15:34

Bakıda cibgir qızların paltarından gileyləndi: “Çox dar geyinirlər”

Yusif Kərimov - gənclik simvolu
19.10.2018, 15:33

Yusif Kərimov - gənclik simvolu

Yasamaldakı növbəti sosial evlər SATIŞA ÇIXARILACAQ
19.10.2018, 15:15

Yasamaldakı növbəti sosial evlər SATIŞA ÇIXARILACAQ

İnam Kərimov şikayətləri dinlədi
19.10.2018, 15:14

İnam Kərimov şikayətləri dinlədi

“Azercell” məktəblilərə təlim keçirir
19.10.2018, 15:13

“Azercell” məktəblilərə təlim keçirir

Komitə sədri bələdiyyələrlə bağlı qanuna dəyişikliyi şərh etdi
19.10.2018, 15:07

Komitə sədri bələdiyyələrlə bağlı qanuna dəyişikliyi şərh etdi

İtaliya Senatının sədrinə ADU-nun fəxri doktoru adı verildi
19.10.2018, 15:04

İtaliya Senatının sədrinə ADU-nun fəxri doktoru adı verildi

Diaspor Komitəsinin hesabat yığıncağı keçirilib - FOTO
19.10.2018, 14:54

Diaspor Komitəsinin hesabat yığıncağı keçirilib - FOTO

Ərdoğan:
19.10.2018, 14:45

Ərdoğan: "Azərbaycan hər zaman Türkiyənin yanında olub"

Türkiyədəki diaspor təşkilatlarının rəhbərləri Dövlət Komitəsində görüş keçirib
19.10.2018, 14:40

Türkiyədəki diaspor təşkilatlarının rəhbərləri Dövlət Komitəsində görüş keçirib

Azərbaycan “İnternet istifadəçiləri” göstəricisinə görə MDB-də liderdir
19.10.2018, 14:37

Azərbaycan “İnternet istifadəçiləri” göstəricisinə görə MDB-də liderdir

İlham Əliyev Türkiyəyə getdi - FOTO
19.10.2018, 14:20

İlham Əliyev Türkiyəyə getdi - FOTO

Gələn ilin pensiya və müavinətləri üçün büdcə artırıldı - RƏQƏMLƏR   
19.10.2018, 14:15

Gələn ilin pensiya və müavinətləri üçün büdcə artırıldı - RƏQƏMLƏR  

Bakı Ali Neft Məktəbində III Avrasiya Konfransına start verildi
19.10.2018, 14:06

Bakı Ali Neft Məktəbində III Avrasiya Konfransına start verildi

Ədəbi dil normalarını pozan müğənnilərin adları AÇIQLANDI
19.10.2018, 14:00

Ədəbi dil normalarını pozan müğənnilərin adları AÇIQLANDI

Lənkərandakı tut bağında çılpaq ilbizlər...
19.10.2018, 13:47

Lənkərandakı tut bağında çılpaq ilbizlər...

Tərtərin icra başçısı: “Minaya düşən gənci diqqətdə saxlayırıq”   
19.10.2018, 13:39

Tərtərin icra başçısı: “Minaya düşən gənci diqqətdə saxlayırıq”  

Ərdoğan, Makron, Merkel və Putin Suriyaya görə TOPLAŞACAQ
19.10.2018, 13:22

Ərdoğan, Makron, Merkel və Putin Suriyaya görə TOPLAŞACAQ

Gəmidə ölənlərin ailələrinə kompensasiya veriləcək - SƏFİR
19.10.2018, 13:18

Gəmidə ölənlərin ailələrinə kompensasiya veriləcək - SƏFİR

Sabah 27 dərəcə isti olacaq 
19.10.2018, 12:52

Sabah 27 dərəcə isti olacaq 

İnterpol-un keçmiş rəhbəri ölmüş ola bilər
19.10.2018, 12:47

İnterpol-un keçmiş rəhbəri ölmüş ola bilər

Sürüşmə zonasında çatların ölçüsü böyüyüb - NAZİRLİK
19.10.2018, 12:45

Sürüşmə zonasında çatların ölçüsü böyüyüb - NAZİRLİK

“Dünya təhsili də kurikulum yolu ilə gedir” - Eks-nazir yeni imtahan modeli HAQDA   
19.10.2018, 12:37

“Dünya təhsili də kurikulum yolu ilə gedir” - Eks-nazir yeni imtahan modeli HAQDA  

ARXİV